Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Azərbaycanın hüquq müdafiəçiləri şairlərin müdafiəsində niyə passivdirlər?
Azərbaycanın hüquq müdafiəçiləri şairlərin müdafiəsində niyə passivdirlər? |
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hüquq müdafiəçilərini İranda həbs olunan iki azərbaycanlı şairin müdafiəsi üçün passiv hərəkət etməkdə qınayıb. Onun sözlərinə görə, müxtəlif beynəlxalq və Avropa qurumları ilə əlaqələrə malik olan bəzi QHT-lər və hüquq müdafiə təşkilatları Şəhriyar Hacızadə və Fərid Hüseynlə bağlı fəallıq göstərmirlər.
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu İran İslam Respublikasının prezidenti Mahmud Əhmədnejada və BMT-ə məktub yazdıqlarını söylədi. Hüquqşünas Aslan İsmayılov isə bildirdi ki, vətəndaşları müdafiə etmək birinci növbədə dövlətin borcudur: “Onları dövlət müdafiə etməlidir. İkincisi, vətəndaşı müdafiə etməsi üçün vətəndaş cəmiyyətinə şərait yaradılmalıdır. Amma Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasının istənilən vasitələrlə qarşısı alınır”. Vəkil özünün bu məsələ ilə məşğul olmadığını, heç bir yerə müraciət etmədiyini söylədi. Hüquq müdafiəçisi Səidə Qocamanlının sözlərinə görə, İranla işləmək, bu müdafiəni qurmaq çox çətindir: “Bizim monitorinq qrupumuz həm İran prezidenti Əhmədnejada, həm də BMT-nin baş katibinə məktub göndərib. İndi də jurnalistlər getməlidir İrana, biz onların səfərinin nəticəsini gözləyirik. Bizim tərəfimizdən müdafiə işi qurulub, sadəcə genişmiqyasda deyil, mən bununla razıyam. Amma digər tərəfdən, İranla əlaqələri qurmaq, bu problemi həll etməyin özü-özlüyündə çətindir”. S.Qocamanlı bildirib ki, yeri gələndə xaricdə olan hüquq müdafiəçilərindən yardım məqsədilə istifadə edirlər. “Çünki onları tanıyırıq, onlarla dəfələrlə Türkiyədə, Avropa ölkələrində görüşlərimiz olub. Onlarla işləyirik. Sadəcə olaraq, İranın özündə hüquq müdafiəçisi olmaq çox çətin məsələdir. Çünki, səni ya daşlayırlar, ya da həbsxanaya salırlar. Ona görə də belə məqamlar işi çətinləşdirir”. Qoscamanlı qeyd edib ki, bu problem hökümət strukturları tərəfindən həll edilməlidir. “Xarici İşlər Nazirliyinin bu məsələdə çox fəal müdaxiləsi lazımdır. Çünki, nə qədər o uşaqlarımız orada qalsa, daha çox zərər görə bilərlər”. Sevinc İltifatqızı/Modern/ Geri dön |