Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir

Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir


Gürcüstanda həqiqi hərbi xidmət keçən milli azlıqların nümayəndələri üçün gürcü dilinin tədrisinə başlanılıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Xtsisi” hərbi bazasında start verilən 7 həftəlik proqramda 82 azərbaycanlı və 41 erməni çağırışçı iştirak edir. Dil kursu Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin müəllimləri tərəfindən keçirilir.
Proqram çərçivəsində çağırışçılar dövlət dilində yazmaq, oxumaq, danışmaq, rəsmi məktub və sənədləri yazmağı öyrənəcəklər. Kursun başa çatmasından sonra çağırışçılar sertifikatlarla təltif olunacaqlar.
Tədris proqramının həyata keçirilməsində məqsəd milli azlıqlardan olan Gürcüstan vətəndaşlarının dövlət dili üzrə biliklərinin artırılması, silahlı qüvvələrə inteqrasiyası, karyeralarının silahlı qüvvələrdə davam etdirilməsinə imkanın yaradılmasıdır. Layihə Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Geri dön