Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan nümayəndə heyəti Vyanada Beynəlxalq Antikorrupsiya Akademiyasının sessiyasında iştirak edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Azərbaycan nümayəndə heyəti Vyanada Beynəlxalq Antikorrupsiya Akademiyasının sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti Vyanada Beynəlxalq Antikorrupsiya Akademiyasının sessiyasında iştirak edir


Sentyabrın 27-28-də Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Üzv Dövlətləri Assambleyasının 7-ci sessiyası keçirilir. Tədbirdə beynəlxalq təşkilata üzv olan 74 dövləti, müşahidəçi statusa malik ölkələri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1000-dən çox nümayəndə iştirak edir.

Beynəlxalq tədbirdə ölkəmizin nümayəndə heyəti qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinin üzvü Vüsal Hüseynov, ölkəmizin Avstriyadakı səfiri, Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndə Qalib İsrafilov, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Səbuhi Alıyev, ölkəmizin Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin ikinci katibi Rövşən Səfərov iştirak edirlər.

Tədbirdə Akademiyanın fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilib, üzv dövlətlərin bu sahədə həyata keçirdiyi tədbirlər üzrə məruzələr dinlənilib, qeyd edilən qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizə səylərinin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinin üzvü Vüsal Hüseynov tədbirin açılış mərasimində çıxış edib, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan və dövlət proqramlarından danışıb. O, Azərbaycanın genişmiqyaslı islahatların həyata keçirildiyi, regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin reallaşdırıldığı, sabitlik, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən məkan olduğunu diqqətə çatdırıb. Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamət təşkil etdiyini deyən V.Hüseynov ölkəmizin təkmil antikorrupsiya qanunvericiliyinə malik olduğunu, ixtisaslaşmış orqanların bu sahədə sistemli fəaliyyət göstərdiyini, Azərbaycan brendi olan “ASAN xidmət”in artıq bir sıra ölkələrdə tətbiq edildiyini qeyd edib.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi, Beynəlxalq Antikorrupsiya Akademiyasının magistr proqramının məzunu Kamal Cəfərov da Assambleyanın 7-ci sessiyasında çıxış edib. O, ölkəmizdə korrupsiyanın qarşısının alınması, açıq hökumət prinsiplərinin təşviqi sahəsində həyata keçirilən tədbirlər, o cümlədən ölkəmizlə Akademiya arasında ikitərəfli münasibətlər və Akademiyanın magistr proqramının əhəmiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.



Elgün Niftəli

Geri dön