Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ən az idman belə hafizənin möhkəmlənməsinə kömək edə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ən az idman belə hafizənin möhkəmlənməsinə kömək edə bilər

Ən az idman belə hafizənin möhkəmlənməsinə kömək edə bilər


Yoqa və ya buna bənzər idman növü ilə məşğul olmaq hafizəni gücləndirir.

Kaliforniya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, idman yaddaşın formalaşması və qorunmasına cavabdeh beyin hissəcikləri arasındakı neyronların güclənməsinə səbəb ola bilər.

Mütəxəssislər 36 könüllünün 10 dəqiqə yüngül idmanla məşğul olduqdan sonra maqnit-rezonans tomoqramma vasitəsilə beyin fəaliyyətini öyrəniblər. Araşdırmaların əsasən beyində yeni neyronların və əsəb hüceyrələrin əmələ gəlmə prosesini öyrənməyə yönəlik aparıldığına baxmayaraq, bu mümkün olmayıb. Belə ki, alimlərin fikrincə beyində neyronların öyrənilməsi üçün 10 dəqiqə idman kifayət etmir. Lakin, buna baxmayaraq tədqiqatlar böyük beyin qabığının hafizə ilə bağlı bəzi hissələrini açıq-aydın müşahidə etməyə kömək olub.

Aparılan testlər idmanın hafizənin gücləndirilməsinə müsbət təsir göstərdiyini təsdiq edib.

Mütəxəssislər bildiriblər ki, əla nəticə əldə etmək üçün hər gün mütəmadi olaraq idmanla məşğul olmaq vacibdir. Yoqa və ya pilateslə məşğul olmasanız belə gündəlik gəzinti də bu istiqamətdə səmərəli ola bilər.

Geri dön