Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanın Təhsil Nazirliyi azərbaycanlı abituriyentlərlə bağlı məsələyə münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstanın Təhsil Nazirliyi azərbaycanlı abituriyentlərlə bağlı məsələyə münasibət bildirib

Gürcüstanın Təhsil Nazirliyi azərbaycanlı abituriyentlərlə bağlı məsələyə münasibət bildirib


Gürcüstanın Təshil, Elm, Mədəniyyət və İdman Nazirliyi milli azlıqların maraqlarını müdafiə etməkdə davam edəcək”.
Bunu Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Aleksandre Tevzadze ali məktəblərə qəbul ola bilməyən azərbaycanlı və erməni abituriyentlərin məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, təmsil etdiyi nazirlik milli azlıqların təhsili ilə bağlı bir sıra layihələr həyata keçirir:
“Ən əsas proqramlardan biri azərbaycanlı və erməni tələbələrin bir il müddətində ali məktəbdə gürcü dilini öyrənməsi ilə bağlıdır. Gürcü dilini öyrənəndən sonra tələbələr Gürcüstanın ali təhsil sisteminə inteqrasiya edə bilirlər. Əlbəttə ki, biz milli azlıqların maraqlarını müdafiə etməyi və bu istiqamətdə stimullaşdırıcı tədbirləri həyata keçirməyi davam etdirəcəyik”.
Gürcüstanda bu il 800-ə yaxın azərbaycanlı və erməni abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, tələbə adını qazana bilməyib. Buna səbəb onların məhdudiyyətsiz sayda ixtisas seçimi imkanı olduğu halda, az sayda ixtisas seçməsidir. Həmin abituriyentlərdən 500-ə yaxını azərbaycanlı gənclərdir. Abituriyentlərlə yanaşı, müxalif “Avropalı Gürcüstan” partiyası da ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə müraciət edərək, gənclərin ali məktəblərə əlavə yerləşdirilməsinə şəraitin yaradılmasını xahiş edib.
Cəmilə Babayeva

Geri dön