Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib

Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib


Polşanın paytaxtı Varşavada keçirilən XIII Beynəlxalq Böyük Türk Dili Qurultayında ölkəmizi Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları təmsil ediblər.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, Türk Dili Gününə həsr olunan qurultayda Azərbaycan ilə yanaşı, bir sıra ölkələrdən 120 alim iştirak edib.

Qurultayda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Klassik farsca-türkcə sözlüklərin dil tarixi baxımından dəyəri”, elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmlinin “Türk dillərində ilkin əvəzlik kökləri”, professor Roza Eyvazovanın “Salmas ağzı” əsəri dillərin qarşılıqlı əlaqələri zəminində” mövzularında məruzələri dinlənilib.

Səfər çərçivəsində azərbaycanlı alimlər Varşavada xalqlarımızın dostluğu naminə general Maçey Süleyman Sulkeviç və polkovnik Vəli bəy Yadigarın şərəfinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.

Geri dön