Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Dövlət dilimiz yad elementlərdən təmizlənəcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Dövlət dilimiz yad elementlərdən təmizlənəcək”

“Dövlət dilimiz yad elementlərdən təmizlənəcək”


«Dövlət dilimizin qloballaşma şəraitində təmizliyinin qorunması ilə bağlı ölkə başçısının bir müddət öncə verdiyi sərəncama çoxdan bəri böyük ehtiyacımız var idi. Cənab Prezidentin həmin sərəncamında Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır».

Bu fikirləri millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyeva söyləyib.

Onun sözlərinə görə, artıq həmin sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq İşçi Qrupu yaradılıb və həmin Qrupa da AMEA-nın İctimai və Humanitar elmlər bölməsinin akademik-katibi Kamal Abdulla rəhbərlik edir.

J.Əliyeva qeyd edib ki, indi İşçi Qrupunun əsas vəzifəsi həmin siyasi sənəddən irəli gələn məsələləri Dövlət Proqramı müstəvisinə keçirməkdir. Millət vəkili bildirib ki, bununla əlaqədar AMEA-nın İctimai və Humanitar elmlər bölməsində yaradılan sözügedən İşçi Qrupu artıq bu istiqamətdə konkret fəaliyyətə başlamaqdadır:

“Onu da xatırlatmaq istəyirəm ki, Azərbaycan dilinin bu günkü vəziyyəti ilə bağlı indiyənə qədər həyəcan təbili çalanlardan, bu sahədə ölçü götürülməsin vaxtı çatdığını tez-tez qeyd edənlərdən biri elə biz millət vəkilləri olmuşuq. Xüsusilə də, Milli Məclisin Mədəniyyət Komitəsi, komitənin sədri Nizami Cəfərov və komitənin digər üzləri daim bu məsələni dilə gətirib, onu gündəmdə saxlamağa çalışıb. Çünki Azərbaycan dilinin bu gün televiziyada, mətbuat orqanlarında, küçədəki reklam lövhələrində, mətbu nümunələrdə yad elementlərdən xali olmadığı bizim hər birimizə yaxşı məlumdur. Bu baxımdan qeyd etmək istəyirəm ki, cənab Prezidentin bu yöndəki sərəncamı tarixi əhəmiyyətli bir sərəncamdır. Eyni zamanda hesab edirəm ki, bu sərəncamdan sonra nəhayət, dövlət dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi nəticələrin, yüksək irəliləyişlərin əldə ediləcəyinə inamımız daha da böyükdür».

Elməddin

Geri dön