Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > İcbari tibbi sığorta: hər ailənin öz həkimi olacaq
İcbari tibbi sığorta: hər ailənin öz həkimi olacaq |
Ölkəmizdə ailə həkimi institutu yaradılması nəzərdə tutulur. Hazırda icbari tibbi sığorta pilot layihəsi başa çatmaq üzrədir və gələn ildən onun bütün ölkə ərazisində tətbiq olunması gözlənilir. İcbari tibbi sığortanın daha səmərəli olması üçün Azərbaycanda ailə həkimi institutu yaradılmalıdır.
Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ailə institutunun yaradılmasının bu il ərzində real görünməsə də, yaxın bir-iki il ərzində gerçəkləşməsinin mümkün olduğunu bildirib: “Ailə həkimi, ilk növbədə, kənd və rayon yerlərində yaşayan əhaliyə ilkin tibbi yardım göstərmək, tibbi maarifləndirmə işi aparmaq, lazim gələrsə onların şəhər klinikalarında yerləşdirilməsi, konsultasiyalar alması və s. işlərin həyata keçirilməsinə xidmət etməlidir. İndiki ambulator poliklinikalarda çalışan terapevt və pediatrlar müəyyən kurs keçəndən sonra bu işi aparmaq imkanı qazanacaqlar. Ailə həkimi institutu insanların sağlamlığının təmin edilməsində və cəmiyyətin sağlam tərzdə inkişafında böyük rol oynayacaq. Bu, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması, hər bir ailənin öz həkimi olması və rahat şəkildə tibbi xidmətlərə çıxış əldə etməsinə şərait yaradacaq”. Deputat bildirib ki, bu sahədə qanun layihəsi hazırlanarkən daha çox Avropa İttifaqı ölkələrinin, əsasən Fransa və Litvanın, eləcə də Türkiyənin qabaqcıl təcrübəsi öyrənilib. Geri dön |