Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstan hökuməti milli azlıqların nümayəndələri üçün yeni təcrübə proqramına başlayıb
Gürcüstan hökuməti milli azlıqların nümayəndələri üçün yeni təcrübə proqramına başlayıb |
Gürcüstanın dövlət idarələrində iş təcrübəsi keçmək üçün milli azlıqları təmsil edən gənclər üçün növbəti sınaq layihəsi elan olunub.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Dövlət Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov bildirib ki, təcrübə layihəsində iştirak etmək üçün “1+4” proqramı üzrə ali təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı, erməni, abxaz, osetin və digər millətlərin gəncləri müraciət edə bilərlər. Layihə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Dövlət naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü, USAID və Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyasının dəstəyi ilə həyata keçirilir. Təcrübə proqramına cəlb olunacaq gənclərə nazirlik, meriya, quberniya və digər mərkəzi və yerli dövlət qurumlarında 500 vakant yer təqdim olunacaq. Müraciətlərə oktyabrın 8-dən 22-dək baxılacaq. Müsabiqə əsasında seçiləcək gənclər 1 aydan 6 aya qədər təcrübə keçə biləcəklər. A.Məmmədov deyib: “Təcrübə proqramının məqsədi etnik azlıqlardan olan gənclərin məşğulluğu perspektivlərini yaxşılaşdırmaq, onların gələcək karyeralarına töhfə vermək və milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək göstərməkdir”. Geri dön |