Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ermənistana ciddi xəbərdarlıq
Ermənistana ciddi xəbərdarlıq |
İrəvandan Xankəndinə icazəsiz uçan təyyarələr məhv edilə bilər
«Azərbaycanın beynəlxalq prinsiplər çərçivəsində öz ərazisi üzərindəki hava məkanında suveren hüquqları var. Hava məkanına icazəsiz girənlər hava sərhədlərini pozmuş sayılırlar». Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib. Ermənistanın Xankəndi aeroportuna uçuşlar həyata keçirməyə hazırlaşması məsələsinə münasibət bildirən Administrasiya bəyan edib ki, ölkənin beynəlxalq səviyyədə tanınmış hava məkanına icazəsiz daxil olmaq müdaxilə hesab olunur və bununla bağlı mövcud tədbirlərin görülməsi qaçılmazdır. Administrasiyadan həmçinin bildirilib ki, rəsmi Bakı ermənilərin Xankəndi aeroportuna qanunsuz uçuşlar həyata keçirmək niyyətləri və cəhdləri ilə bağlı dəfələrlə İCAO və ECAC təşkilatına müraciət edib. Bu təşkilatlar da Azərbaycanın mövqeyini Ermənistanın müvafiq qurumlarına çatdırıblar. Qeyd edək ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xankəndi aeroportunu bərpa edib. İrəvandan Xankəndinə reyslərin təşkili üçün alınmış təyyarənin artıq Ermənistana gətirildiyini açıqlayıblar. Azərbaycan tərəfi isə rəsmən bəyan edib ki, Xankəndinə uçuşların qarşısı alınacaq və Azərbaycanın razılığı olmadan Xankəndi aeroportuna uçuşlar edən təyyarələrə qarşı zəruri olan bütün tədbirlər, hətta fiziki məhvetmə tətbiq oluna bilər. Geri dön |