Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Tarixin ən soyuq qışı yaşanacaq - XƏBƏRDARLIQ
Tarixin ən soyuq qışı yaşanacaq - XƏBƏRDARLIQ |
NASA-nın nəşr etdiyi yeni iqlim araşdırması hesabatına görə, yaz fəslini rekord istilərlə bağlayan dünya, tarixi bir soyuq hava şəraiti yaşayacaq. Hətta bu soyuqlar, içində olduğumuz Kosmos Çağının “Buzlaq Çağı” olaraq xatırlanmasına gətirib çıxaracaq qədər təsirli ola biləcək.
Mütəxəssislər Günəşin ən xarici layındakı Günəş ləkələrini və dünyanın ən üst atmosfer təbəqəsi Termosferi araşdırıb. Nəticədə Termosferin soyuyub daraldığı, Günəş ləkələrinin qeyd edilmiş ən aşağı hərəkətlilikdə olduğu təyin olunub. 11 illik dövrlər halında azalıb çoxalan bu ləkələr, iqlim şəraitində təyinedici rol oynayır. Ləkələrin az və ya heç olmaması Yerin temperaturuna təsir göstərir. Məlumata görə, Termosfer Günəşdə olan ləkə hərəkətliliyi yüksək olduqda temperatur isti, az olduqda soyuq olur. Mütəxəssislər Günəşdə bənzər bir yuxu mərhələsinə 18-ci əsrdə rast gəlindiyini, o dövrün tarixdə “Mini Buzlaq Çağı” olaraq yadda qaldığını xatırladaraq proses belə davam edərsə, bir neçə ay ərzində Kosmos Çağının rekord soyuğuna hazırlıqlı olmağımızı qeyd ediblər. Geri dön |