Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezidentliyə namizəd: “Gürcüstan azərbaycanlıları doğma dillərini mütləq qoruyub saxlamalıdırlar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Prezidentliyə namizəd: “Gürcüstan azərbaycanlıları doğma dillərini mütləq qoruyub saxlamalıdırlar”

Prezidentliyə namizəd: “Gürcüstan azərbaycanlıları doğma dillərini mütləq qoruyub saxlamalıdırlar”


“Gürcüstanda yaşayan azərbaycanlılar öz doğma ana dillərini mütləq qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər”.
Bunu Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Marneulidə seçicilərlə keçirdiyi görüşdə deyib.
O, 36 il Fransada yaşadığı dövrdə gürcü dili və mədəniyyətini qoruyub saxladığını bildirib: “Məhz dövlət dilini öyrənəndən sonra mən Fransada yüksək vəzifələrə nail oldum”.
S.Zurabişvili vurğulayıb ki, Gürcüstanın hər bir vətəndaşı övladlarının işıqlı gələcəyinin olmasını istəyir: “Gələcəkdə uğur qazanmaq, dövlət qurumlarında təmsil olunmaq üçün və ümumiyyətlə, vətəndaş cəmiyyətinə inteqrasiya üçün dövlət dilini bilmək mütləqdir. Ümid edirəm ki, 6 illik prezidentlik müddətim başa çatandan sonra Marneuliyə gəlib sizlərlə tərcüməçisiz gürcü dilində danışacacağam”.
Prezidentliyə namizəd qeyd edib ki, dövlət milli azlıq nümayəndələrinin gürcü dilində tədrisi məsələsinə xüsusi diqqət ayırmalıdır: “Prezidentliyim dövründə dövlət dilinin milli azlıqlar tərəfindən yaxşı mənimsənilməsi üçün təbliğat işləri aparacağam”.

Geri dön