Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Türkiyə məhkəməsi amerikalı keşiş Bransonu azad edib
Türkiyə məhkəməsi amerikalı keşiş Bransonu azad edib |
Türkiyənin İzmir şəhər məhkəməsi amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu ev dustaqlığından azad edib.
Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını aradaq qaldırıb. Əvvəllər məhkəmə keşişin vəkillərinin apelyasiyasını üç dəfə rədd etmişdi. Qeyd edək ki, Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. 2016-cı ildə həbs edilən amerikalı keşiş dövlət çevrilişinə cəhddə əli olmaqda və PKK ilə əlaqədə şübhəli bilinirdi. Avqust ayının əvvəllərində ABŞ-ın Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı “insan haqlarının ciddi pozulması” ittihamı ilə sanksiya tətbiq etmişdi. Bundan sonra ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarının artırılmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların, o cümlədən tütün, spirtli içkilər, avtomobil, kosmetik vasitələr, düyü və meyvələrin rüsumunu qaldırmışdı. Geri dön |