Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Mustafa Cəmiloğlu da rus dilinə qarşı çıxdı
Mustafa Cəmiloğlu da rus dilinə qarşı çıxdı |
Krım tatar dilinin statusu bu dildə danışanların sayından asılı olmamalıdır.
Krım Tatar Məclisinin sədri Mustafa Cəmiloğlu Ukrayna parlamentinin rus dilinin statusunun yüksəldilməsinə dair qərarının tatar xalqı üçün qəbuledilməz olduğunu söyləyib. Mustafa Cəmiloğlu Krım tatarlarının özlərini Ukraynanın köklü xalqı olaraq gördüklərini deyib və qeyd edib ki, Krım tatar dilinin statusu bu dildə danışanların sayından asılı olmamalıdır. Ukrayna Ali Radasının iyulun 3-də qəbul etdiyi mübahisəli qanuna görə, inzibati-ərazi vahidlərində əhalinin ən azı 10 faizinin ana dili olan dillər bölgəsəl dil statusu alacaq. Qeyd edək ki, Krımda 2 milyona yaxın insan yaşayır və əhalinin 60 faizini ruslar, 13 faizini isə Krım tatarları təşkil edir. Beləliklə, dil qanunu qüvvəyə minərsə, rus və Krım tatar dilləri Krımda xüsusi status qazanacaq. Mustafa Cəmiloğlu isə bu qanunla Sovetlər Birliyinin Ukrayna dilinə qarşı cinayətkar siyasəti gücləndirilmiş olacaq və ölkənin bir çox bölgəsində əsas dil rus dili olacaq: "Rus dili Ukraynanın bir çox regionlarında xüsusi status alarsa, o zaman etnik ukraynalıların doğma dillərini öyrənmək üçün heç bir stimulu olmayacaq. Rusca rusların özlərindən pis bilməyən Krım tatarlarının da belə bir stimulu olmayacaq". Geri dön |