Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Qocalığın vəsfi-halı və yaxud həsrət dolu söz oyunum,öz oyunum
Qocalığın vəsfi-halı və yaxud həsrət dolu söz oyunum,öz oyunum |
Nazim Nəsrəddinov. İşimin-gücümün yox vaxtlarında, Deməli, günümün çox vaxtlarında, Gözümün dünyadan tox vaxtlarında Dünyanı döyürəm barmaqlarımla.. Baxıram,hər tərəf güldür, çiçəkdir, Biri 0 birindən daha göyçəkdir. Çox sözdən kim isə inciyəcəkdir- Sözümü öyürəm barmaqlarımla Naşının sözünü çeynəmək olmur, Söz - sov da qurtarıb, küyləmək olmur. Hər sözü hündürdən söyləmək olmur- Pisləri söyürəm barmaqlarımla. Gülləerə baxıram,güllər xoş gəlir, İllər keçib gedir,illər boş gəlir, Əllərim çiçəyə, gülə tuş gəlir- Sözümü deyirəm barmaqlarımla... Hər gülün sığalı -heyrət,möcüzə, İllər nə tez gəldi görün bir necə?!.. Yadımdan çıxan söz gəldi indicə- Ömrümə xeyiirəm barmaqlarımla. Bakı, Geri dön |