Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yağan yağış sürüşmə sahəsində asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yağan yağış sürüşmə sahəsində asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub

Yağan yağış sürüşmə sahəsində asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gecəboyu müşahidələr aparıblar. Gecə saatlarından etibarən yağış yağmağa başlayıb. Hazırda ərazidə duman müşahidə edilir. Sürüşmə sahəsində saat 09:00-a olan monitorinqlərin nəticəsinə görə, yol istiqamətinə tökülmüş torpaq qatında artım qeydə alınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov məlumat verib.

Ekspedisiya rəisi bildirib ki, yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir. Sürüşmə prosesində gərginlik davam edir.

Geri dön