Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Sərdar Cəlaloğlu: “Əvvələr bu ideyanın hakimiyyətdən gəldiyini və xəyanət olduğunu qeyd edənlər, bu gün həmin ideyanı ortalığa atırlar”.
Sərdar Cəlaloğlu: “Əvvələr bu ideyanın hakimiyyətdən gəldiyini və xəyanət olduğunu qeyd edənlər, bu gün həmin ideyanı ortalığa atırlar”. |
“Kölgə kabineti”- müxalifətin “evcik-evcik” oyunu…
“Vahid namizəd” məsələsinin ortalığa atılması ilə aralarındakı etimadın hansı səviyyədə olduğu görünən AXCP-Müsavat birliyi, vəziyyətdən orijinal çıxış yolu tapıb. Onlar “kölgə kabineti” yaratmaq ideyasını ortaya ataraq, İP üzvlərini ruhlandırmağa çalışırlar. Əvvəla, dünya praktikasında “kölgə kabineti” məsələsi necə əksini tapıb? Təcrübəyə görə, müxalifət “kölgə kabineti”ni elan edir, hakimiyyət dəyişikliyi zamanı kimin hansı postu tutacağını əvvəlcədən bəlli edir ki, bu da mübarizənin konkret hədəflər uğrunda aparılmasına zəmin yaradır. Amma bundan istifadə etmək üçün xalqın istəyi mütləqdir. Məlumata görə, İctimai Palatanın “kölgə kabineti”nin yaradılması ideyası ilə bu yaxınlarda Pənah Hüseyn çıxış edib. Onu da vurğulamaq lazım gəlir ki, “kölgə kabineti”nin yaradılması ideyası əməlli çaxnaşmaya səbəb olub. Sözügedən məsələ ilə əlaqədar, bir neçə siyasi partiyanın fikirlərini öyrəndik. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Mərkəz”ə açıqlamasında deyib ki, “Kölgə kabineti” və parlamenti yaradılmasına başlamazdan öncə vahid namizəd məsələsi həll olunmalıdır və yalnız bundan sonra siyasi format müəyyənləşdirilə bilər: “Biz belə hesab edirik ki, əvvəl vahid namizəd, siyasi ittifaq olmalı və bundan sonra siyasi format müəyyənləşdirməkdən danışmaq olar. Əgər vahid namizəd olarsa, bundan sonra o, kimin harada olacağını müəyyənləşdirə bilər. Bununla yanaşı “Kölgə kabineti” ideyasını irəli sürən tərəf bunun arxasında hansı siyasi formatın və konfiqurasiyanın durduğunu da açıqlamalıdır. Mənə elə gəlir ki, bu “5-lər” formatında aparılan danışıqlar variantında mümkün ola bilər. Çünki başqa formatda aparılan danışıqlar nəticə verməyib. Əgər “5-lər”in müzakirəsində ortaq məxrəc tapılsa, burada həm kölgə kabineti müzakirə oluna bilər, həm də kölgə parlamenti yaradıla bilər” Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə İctimai Palatada qəbul olunan qərarları, ümumiyyətlə, qeyri-ciddi hesab edir. Onun sözlərinə görə, vahid namizədini müəyyənəşdirə bilməyən bir təşkilatın, qurumun “kölgə kabineti” də eyni mətləbdən xəbər verir: “Mən İctimai Palatanın daxilində gedən proseslərə ciddi baxmıram. Bu proseslərin Azərbaycana heç bir təsiri ola bilməz. “Kölgə kabineti” mənasız bir addımdır. Əvvələr bu ideyanın hakimiyyətdən gəldiyini və xəyanət olduğunu qeyd edənlər, bu gün həmin ideyanı ortalığa atırlar. Nə oldu, dünən yalnış dedikləri, xəyanət dedikləri bu gün düzgün oldu? Bu kimi məsələlər əhəmiyyətsizdir”. Mərkəz. İ.A. Coşqun Calaloğlu Geri dön |