Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > Adil Minbaşı: -Elçibəy dedi ki, məni zəhərləyiblər.
Adil Minbaşı: -Elçibəy dedi ki, məni zəhərləyiblər. |
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimli ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib.
H.Hacıyev Baş Prokurordan Ə.Kərimlinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib: “Sabiq prezident Əbülfəz Elçibəy 1999-cu ilin oktyabrında xəstə yatarkən mənim onu ziyarətim zamanı müəyyən adamların yanında (onların adlarını ərizəmlə bağlı aparılacaq araşdırma zamanı açıqlayacağam) mənə bildirib ki, onun vəzifəsini tutmağa can atan müavini Əli Kərimli iyunun 24-də ad günündə içkisinin içərisində ona zəhər verib. Sabiq prezidentin özünün dediyinə görə, həmin gündən sonra gündən-günə halı pisləşib. Bu məsələ ilə bağlı Əbülfəz Elçibəyin çox yaxın dostu olmuş vəkil Adil Minbaşı “Mərkəz”ə bildirdi ki, Elçibəy bağda xəstə yatarkən kiminsə onu zəhərlədiyini deyib. “Bəy bunu mənə deyib. Və hadisələrin gedişi onu elə göstərir. Çünki o, xəstələnməmişdən iki ay əvvəl Türkiyədə idi. Orada yüksək səviyyədə müayinədən keçdi. Və müalicəyə ehtiyac olacaq heç bir şey olmadı. Bəyə dedilər ki, sadəcə dişlərinizi düzəltdirin, bir az problem var”. Kimin zəhərləməsi ehtimalı ilə bağlı isə Adil bəy qeyd etdi ki, Ə.Elçibəyin kimin zəhərlədiyini yalnız özü deyə bilərdi. “Bu ona yaxın adamlardan kimlərinsə əli ilə ola bilərdi. Amma kimin əli olduğunu bilmirəm. Çünki o zaman Əbülfəz Elçibəyin yenidən hakimiyyətə qayıtmaq məsələsi ilk dəfə real müstəviyə çıxmışdı. Bizim söhbətimiz olanda bu barədə nə mən, nə də Elçibəy bu haqda konkret bir söz deyə bilmədik. Amma əsas odur ki, 2 ay əvvəl Bəyin heç bir xəstəliyi yox idi. Bunu türkiyəli həkimlər də bildirmişdi. Vaxt gələcək arxiv sənədlərində bunlar tam açıqlanacaq”. A.Minbaşı bildirdi ki, Elçibəyin yanına görüş üçün çoxlu adamlar gəlirdi. “Bu İranın da, Rusiyanın da adamı ola bilərdi. Azərbaycanda ondan xoşu gəlməyən adamlar da ola bilərdi”. Elçibəylə arasında münaqişəsi olan adamlardan danışarkən vəkil bildi ki, o zamanlar Əli Kərimli ilə Əbülfəz bəy arasında münasibətlər olduqca çox gərgin idi. “Hafiz bəyin də bu şikayətin ordan qaynaqlanır ki, bunu Bəylə münasibəti daha çox pis olan adam edə bilər”. Adil bəy Elçibəylə görüşündən danışarkən bildirdi ki, o, köməkçisi Əli bəy vasitəsi ilə onu bağa dəvət edib. “Adətən, biz axşamlar görüşüb oturardıq. Bəy dedi ki, tez gəl axşama başqa görüşlərim var. Mən təxminən günorta vaxtı getdim. Bir çox məsələlər barədə mənlə söhbət edəcəkdi. Dedi ki, mən Türkiyəyə müalicəyə gedirəm, gələnə qədər sənə tapşırıqlarım var. Ona görə də, yoldaşlar gələnə qədər söhbətimin sənə aid olan hissəsini deyim. Biz söhbət etdik, öz planları barədə mənə danışdı. Söhbətimizin sonunda mən bağdan çıxanda Mirmahmud bəy və Fazil bəy gəldi, onlarla qapıda görüşüb ayrıldıq. Getməmişdən əvvəl Bəylə söhbət zamanı dedi ki, sən işdən gəlmisən bir şey ye, mən isə çay içəcəm. Mənə yemək gətirdilər, Bəy isə çay içdi. Bu haqda danışırdıq ki, axı nə oldu Bəy bu vəziyyətə gəldi. Əbülfəz bəy dedi ki, mən yenicə müayinə olunmuşam, heç bir şey yox idi. Necə ola bilər ki, qısa müddətdə belə bir xəstəlik ortaya çıxsın? Bəy dedi ki, yəqin ki, məni zəhərləyiblər. Mən bunun kimin edə biləcəyini soruşdum. Bəy dedi ki, vallah nə bilim. Konkret olaraq mənə bir söz demədi”. Türkiyədə sonuncu dəfə müalicə aldığı və vəfat etdiyi dönəmdən bəhs edərək A.Minbaşıyev qeyd etdi ki, Türkiyədə olarkən avqustun 7-də Elçibəy ona zəng edib. “Bəy dedi ki, niyə gəlmirsən bura. Mən də bildirdim ki, burdakı işləri yoluna qoyum gələcəm. Amma mən işləri bitirənə kimi Bəyin ölüm xəbəri çıxdı. Türkiyə dövləti bəyin ölüm səbəbini gizlədirdi. Səbəb kimi xərçəng xəstəliyini göstərdilər. Amma Bəyin 2 ay əvvəl səhhətində heç bir problemi yox idi. Amma elə maddələr var ki, onları verirlər adama 2-3 aya və ya daha uzun müddətə bədəni zəhərləyir. Ona görə də hiss olunur ki, o müddətli verilən bir şey idi”. Əli Kərimli ilə Elçibəyin münasibətlərindən danışan Adil bəy bildirdi ki, Əli Kərimli ilə Elçibəyin münasibətinin pis olmasını hamı bilirdi. “Hətta bəy müalicədən qabaqki Türkiyədə olduğu vaxtda burda onun haqda qəzetlərdə bir neçə mənfi yazılar çıxmışdı. Bəyə məlumat gəldi ki, o yazıların müəllifi Əli Kərimlidir. Ordan zəng elədi özü ilə danışdı. Əli Kərimlini hədələdi ki, yəni qayıdaram, gələrəm, tədbirin görərəm. Konkret səni yerində oturtmaq lazımdı. Əli Kərimli dedi ki, mənim o yazılardan məlumatım yoxdu. Amma Bəy tapşırmışdı ki, öyrənilsin redaksiyalara bu yazılar hardan daxil olub”. “O vaxt Elçibəy hakimiyyətə gəlmək istəyəndə Qərbdən bildirilmişdi ki, bu qaragüruhçu AXCP-Müsavat birliyinin qayıdışı olmamalıdır. Əlülfəz Elçibəy siyasi lider kimi özü namizədliyini verməlidir. Əlülfəz Elçibəy cəmiyyətin bütün siyasi qüvvələrini bir araya gətirən koalisiya ilə qayıtmali, siyasi lider kimi isə onun namizədliyi verilməlidir”, -Adil Minbaşı əlavə etdi. Elçibəyin AXCP və Müsavat liderlərinə güvənində “çatlar” yaranmasından danışan vəkil qeyd etdi ki, parlament seçkiləri ərəfəsində Elçibəy onun xəbəri olmadan namizədliyini irəli sürüb. “Çünki Bəy bildirdi ki, vəziyyət o həddə çatıb ki, müxalifət məndən xəbərsiz ordakı yerləri bölüşdürüb. Mən orda bir nəfərə güvənməliyəm. Ona görə sənə demədən namizədliyini vermişəm. Sonra bunu sənə izah edəcəm. Sonra mənə dedi ki, sən orda olmalısan, çünki parlamentə sağlam qüvvələr gələcək. Paralmentdə reformlar gedəcək. Buna Heydər Əliyev də razı idi. Sonra seçki olacaqdı. Beynəlxalq təşkilatların ölkədə aparılacaq islahatlarda güvəndiyi ən şanslı namizədi eksprezident Əlülfəz Elçibəy ən şanslı namizəd idi. O vaxt siyasi müxalifətdə belə bir fikir var idi ki, əgər Əbülfəz Elçibəy olmasa onlar daha irəli gedə bilərlər. Elçibəy bunların hakimiyyətə gəlməsinə imkan verməyəcək. AXCP-Müsavat Elçibəyi özünə rəqib bilirdi”. Mərkəz informasiya agentliyi: Murad Əhməd Geri dön |