Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Malayziyada sabiq hakim blokun liderinə korrupsiya ilə əlaqədar ittiham irəli sürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Malayziyada sabiq hakim blokun liderinə korrupsiya ilə əlaqədar ittiham irəli sürülüb

Malayziyada sabiq hakim blokun liderinə korrupsiya ilə əlaqədar ittiham irəli sürülüb


Malayziyanın sabiq hakim siyasi bloku olan Birləşmiş Malay Milli Təşkilatının (OMNO) sədri, 2018-ci ilin mayınadək Baş nazirin müavini olmuş Ahmad Zahid Hamidi oktyabrın 19-da Milli Antikorrupsiya Komissiyasının müvəqqəti saxlama kamerasından çıxarılaraq Kuala Lumpur məhkəməsinə gətirilib.

“The Star” qəzeti xəbər verir ki, məhkəmədə ona qarşı korrupsiyada iştirakı barədə ittiham irəli sürülüb.

Baş nazirin sabiq müavini 27 epizodda kirli pulların yuyulmasında, 10 epizodda inamdan sui-istifadədə və 8 epizodda isə rüşvət almaqda ittiham olunur. A.Z.Hamidi bu ittihamların heç birini qəbul etməyərək bəyan edib ki, o, məhkəmədə bu maddələrin hər biri üzrə müdafiə olunacaq. Bundan sonra məhkəmə onun girov müqabilində müvəqqəti azad edilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, A.Z.Hamidi 2018-ci ilin mayında sabiq Baş nazir Nacib Razakı OMNO-nun sədri vəzifəsində əvəz etdikdən sonra, son aylar Antikorrupsiya Komissiyası tərəfindən altı dəfə dindirilib. Oktyabrın 18-də keçirilən sonuncu dindirilmədən sonra o həbs olunub.

Malayziyanın 1MDB fondunda mənimsəmələrlə bağlı istintaq hələ sabiq hökumətin dövründə başlansa da, həmin vaxt hakimiyyətdə olanların təzyiqi ilə seçki kampaniyası ərəfəsində dayandırılıb. Sabiq hökumətin seçkilərdə məğlubiyyətindən sonra istintaq yenidən bərpa olunub. Hazırda sabiq Baş nazir Nacib Razak, onun həyat yoldaşı Rosma Monsor və keçmiş hökumətin məmurlarının böyük bir qrupu həbs edilərək təhqiqat altındadırlar.

Vüqar Ağayev

Geri dön