Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanın “Gilan” Qəbələ Konserv Zavodu məhsul və xidmətlərin keyfiyyəti üzrə MDB-nin əsas mükafatına layiq görülüb
Azərbaycanın “Gilan” Qəbələ Konserv Zavodu məhsul və xidmətlərin keyfiyyəti üzrə MDB-nin əsas mükafatına layiq görülüb |
Azərbaycanın “Gilan” Qəbələ Konserv Zavodu məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərinə görə keçirilmiş müsabiqədə “Xalq istehlakı üçün məhsul istehsalı” nominasiyası üzrə qalib gələrək əsas mükafata layiq görülüb.
Bu barədə Müstəqil Dövlət Birliyinin (MDB) İqtisadi Şurası tərəfindən Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) daxil olmuş rəsmi qərarda qeyd olunub. Qalibə mükafatın 2012-ci ilin III rübü ərzində keçiriləcək tədbirdə təqdim edilməsi planlaşdırılır. Qeyd edək ki, MDB ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə Azərbaycan SMPDK yerli istehsal və xidmət şirkətləri arasında 2 ildən bir müsabiqə keçirir. Müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqənin I mərhələsi MDB üzv dövlətlərinin milli orqanları tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərtilə) Komitəyə təqdim etməlidirlər. Müsabiqənin qalibləri Dövlət Komitəsi tərəfindən Azərbaycan səviyyəsində (xüsusi komissiya heyəti tərəfindən) müəyyən edildikdən sonra, II mərhələdə iştirak üçün qaliblər haqqında məlumatlar və sənədlər toplusu MDB Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya təqdim edilir. Müsabiqədə iştirak etmək üçün şərtlər aşağıdakılardır: - Azərbaycanda keçirilmiş seçimdə (Milli orqan tərəfindən elan edilmiş müsabiqədə) iştirak; - İki il müddətindən az olmamaq şərtilə istehsal edilən məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiqi; - İstehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərtilə MDB dövlətlərinə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi). Müsabiqədə sənaye və xalq istehlakı malları istehsal edən (xidmət göstərən) təşkilatlar (fiziki və ya hüquqi şəxslər) iştirak edə bilərlər. Geri dön |