Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstanda yaşayan azərbaycanlılar üçün seçki bülletenləri Azərbaycan dilində çap ediləcək
Gürcüstanda yaşayan azərbaycanlılar üçün seçki bülletenləri Azərbaycan dilində çap ediləcək |
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb.
Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze oktyabrın 21-də keçirdiyi brifinqdə bildirib. O deyib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5 yerli müşahidə missiyasından 12 müşahidəçi izləyəcək. A.Mikeladze qeyd edib ki, ümumilikdə 3709 seçki məntəqəsi üçün 3 milyon 259 min 900 seçki bülleteni çap olunacaq. Bülletenlərin 3 milyon 252 min 800-ü prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkilər üçün nəzərdə tutulub. Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq. “Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü-Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap olunacaq. Bundan başqa, dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq”, - deyə mətbuat katibi vurğulayıb. A.Mikeladzenin sözlərinə görə, vahid siyahıda olan seçicilərin sayı 3 milyon 518 min 890 nəfər təşkil edir. Xətayi Əzizov Geri dön |