Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən il Azərbaycanda 400 minə yaxın şəxs qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ötən il Azərbaycanda 400 minə yaxın şəxs qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxub

Ötən il Azərbaycanda 400 minə yaxın şəxs qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxub


Azərbaycanda insanların ayrı-ayrı infeksion və parazitar xəstəliklərə yoluxması hallarının sayı açıqlanıb.
“Report” xəbər verir ki, ötən il ölkədə 16 017 nəfər ümumi kəskin bağırsaq infeksiyalarına yoluxub.
Bundan başqa, 531 nəfər salmonelyoz infeksiyaları, 373 nəfəri viruslu heptaitlə, 354 928 nəfər qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyası, 181 nəfər isə skarlatinlə xəstələnib.
Eyni zamanda, tetanusa 7, suçiçəyinə 15 834, qoturluğa 168, pedikulyoza 117, qarayaraya 6, bruselyoza isə 487 nəfər tutulub.

Geri dön