Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda havanın kəskin dəyişməsi və qasırğa barədə əhaliyə xəbərdarlıq edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Gürcüstanda havanın kəskin dəyişməsi və qasırğa barədə əhaliyə xəbərdarlıq edilib

Gürcüstanda havanın kəskin dəyişməsi və qasırğa barədə əhaliyə xəbərdarlıq edilib


Oktyabrın 25-dən 27-dək Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, Qara dəniz sahillərində 4-5 ballıq qasırğa olacağı barədə əhaliyə və turistlərə ciddi xəbərdarlıq edilib.

Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyi yayıb.

Agentliyin məlumatında deyilir ki, oktyabrın 26-27-də ölkə ərazisində hava kəskin soyuyacaq, leysan yağışları, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü külək əsəcək, Qara dənizdə 4-5 ballıq qasırğa olacaq. Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artacaq, sel suları yaranacaq, ayrı-ayrı ərazilərdə torpaq sürüşməsinin olacağı ehtimal edilir.

Agentlik həmin günlərdə dənizdə çimməyin, dağlara gəzintiyə getməyin təhlükəli olduğunu bildirir.

Xətayi Əzizov

Geri dön