Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda hərbi hissəyə silahlı basqın etməkdə və digər cinayətlərdə təqsirləndirilən silahlı birləşmə üzvlərinin məhkəməsi başlayıb
Azərbaycanda hərbi hissəyə silahlı basqın etməkdə və digər cinayətlərdə təqsirləndirilən silahlı birləşmə üzvlərinin məhkəməsi başlayıb |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə silahlı basqın etməkdə, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən “Sahil camaatı” adlı mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah olunub. Daha sonra dövlət ittihamçısı Valeh Səmədov çıxış edərək, ibtidai istintaq zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirib, cinayət işinin məhkəməyə verilməsini, həmçinin baxış iclasının vaxtının təyin olunmasını xahiş edib. Müşavirədən sonra hakimlər cinayət işinin məhkəməyə verilməsi barədə qərarı elan ediblər. Prosesin baxış iclası noyabrın 4-nə təyin olunub. İttiham aktına əsasən, 2008-ci il dekabrın 26-da saat 03:25 dəqiqədə Tərtər rayonu ərazisində dislokasiya olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat taqımının əsgəri Xaşayev Üzeyir Elşad oğlunun qəsdən öldürülməsi, həmin tağımın kiçik çavuşu Şeyubov İslam Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti yetirilməsi və hərbi hissəyə məxsus odlu silahların talanması faktına görə Tərtər Hərbi Prokurorluğu tərəfindən 26 dekabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 232.3.2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə odlu silahı və döyüş sursatını talama) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilib. Göstərilən cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət işinin istintaqı 06 yanvar 2010-cu il tarixdə dayandırılıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin cinayətin “Sumqayıt camaatı” adlı silahlı birləşmənin tərkibində yaradılan “Sahil camaatı” adlı daha silahlı qrup tərəfindən törədildiyi məlum olub. Belə ki, “Sahil camaatı” adlı silahlı qrupun üzvləri - Məmmədov Əsgər, Rəhimov Vüqar, Mamedov Yavər, , habelə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 17 iyun 2010-cu il tarixli hökmü ilə “Sumqayıt camaatı” adlı silahlı birləşmənin cinayət işi üzrə məhkum edilmiş Druskar Elşən, Həsənov Tural və Qazıyev Elnur qanunsuz olaraq zabit və əsgər rütbəli hərbi paltarlar geyinib, tapança və soyuq silahlarla silahlanaraq döyüş postunda dayanmış əsgərlərin olduğu səngərə tərəf hərəkət ediblər. Əsgərlərin olduğu səngərə təxminən beş metr qalmış Elşən Druskarla Tural Həsənov pusquda dayanıb, Əsgər Məmmədov, , və Elnur Qazıyev isə postun ərazisinə daxil olublar. Posta çatanda orada olan əsgər gələnlərdən parolu soruşub. Bir qədər əvvəl bu hərbi hissədə hərbi xidmət keçmiş Əsgər Məmmədov parolu söyləyib və hərbi hissədən yoxlayıcı olduqlarını bildirərək əsgərlərə yaxınlaşıblar. Silahlı birləşmənin üzvləri guya postları yoxlamaq adı ilə həmin əsgərləri kənara apararaq düşmənlə üzbəüz səngərdə xidmət edən əsgərlərdən birini səsboğucusu olan tapançadan başına atəş açmaqla öldürüb, digərinə isə güllə yarası xəsarəti yetiriblər. Sonra onlar hərbi hissəyə məxsus 1 ədəd «SVD» markalı snayper tüfəngini, həmin silaha aid içərisində 30 ədəd patron olan üç ədəd sandıqçanı, 2 ədəd «AKMS» markalı avtomat silahı və onlara aid içərisində 60 ədəd patron olan 2 ədəd sandıqçanı özləri ilə götürərək qaçıblar. Silahlı birləşmənin üzvü Ramin Məmmədov 2009-cu il iyulun 19-da gizli yolla İran ərazisinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanuni tələblərinə məhəl qoymayaraq, silahlı müqavimət göstərib, əsgərlərə atmaq istədiyi qumbaranın əlində partlaması nəticəsində ölüb. Geri dön |