Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk xalqlarının qədim mədəniyyətindəki ortaq cəhətlərini Naxçıvan materialları əsasında öyrənən alim
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türk xalqlarının qədim mədəniyyətindəki ortaq cəhətlərini Naxçıvan materialları əsasında öyrənən alim

Türk xalqlarının qədim mədəniyyətindəki ortaq cəhətlərini Naxçıvan materialları əsasında öyrənən alim


Azərbaycan etnoqrafiyasının Naxçıvan materialları əsasında etnik tarix, ailə və məişətlə bağlı qədim inamlar və onların digər türk xalqları ilə ortaq cəhətlərini öyrənmək Qadir Qədirzadənin apardığı elmi-tədqiqat işlərinin başlıca istiqamətləri və araşdırma obyekti olub.

AMEA Naxçıvan Bölməsindən bildirilib ki, bu faktlar AMEA Naxçıvan Bölməsində tanınmış etnoqraf-alim, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin anadan olmasının 70 illiyinə həsr edilən tədbirdə səsləndirilib.

Əvvəlcə alimin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Qadir Qədirzadənin elmi və pedaqoji fəaliyyətindən danışaraq bildirib ki, tanınmış alim Türkiyə, İran, Rusiya, ABŞ və digər ölkələrdə respublikamızı layiqincə təmsil edib. O, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin və qurumun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, eyni zamanda, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi Şurasının üzvü olub.

Alimin elmdə əldə etdiyi nailiyyətlərinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunduğunu xatırladan bölmə sədri Qadir Qədirzadənin “Əshabi-Kəhf: müqəddəslik, tarixilik və inancların genezisi”, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr”, “Nuh Peyğəmbər, Dünya Tufanı və Naxçıvan”, “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol”, “Milli-mənəvi dəyərlərimiz”, “Kitabi-Dədə Qorqud və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər”, “Dünya və İnsan: başlanğıcın sonu, sonun başlanğıcı” və digər bir çox əsərlərin müəllifi olduğunu söyləyib.

“Bunlarla yanaşı, o, həm də “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan abidələri ensiklоpediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan tarixi”, “Naxçıvanın tarixi atlası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” kimi məlumat nəşrlərinin də əsas müəlliflərindən biri olub” – deyən İsmayıl Hacıyev vurğulayıb ki, alimin orijinallığına və əhəmiyyətinə görə maraq doğuran “Dünya və İnsan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi mükafatına layiq görülüb və ali məktəblərdə dərslik kimi tədris edilməsi tövsiyə olunub.

Bölmə sədri alimin rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlandığını, 400-ə yaxın elmi-kütləvi əsərin, o cümlədən 22 kitab və monoqrafiyanın müəllifi olduğunu bildirib.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin həyat yolu və elmi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

AMEA-nın müxbir üzvləri – Əliəddin Abbasov, Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək alimin şərəfli ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıblar.

Sonda Qadir Qədirzadənin ailə üzvlərindən İqrar Əliyev və qızı, tarix üzrə fəlsəfə doktoru, dosent Türkan Qədirzadə tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə görkəmli alimin müxtəlif illərdə çəkilmiş fotoşəkilləri, kitab və monoqrafiyalarından ibarət slayd nümayiş olunub.

Geri dön