Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alimlər sitrus bitkilərinin xərçəngdən qoruduğunu bildirirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Alimlər sitrus bitkilərinin xərçəngdən qoruduğunu bildirirlər

Alimlər sitrus bitkilərinin xərçəngdən qoruduğunu bildirirlər


Araşdırmalar göstərib ki, mütəmadi olaraq C vitamini ilə zəngin qidalardan istifadə etməklə 50 faiz hallarda ağız, qida borusu, udlaq və qırtlaq xərçənginin, eləcə də yaddaş zəifləməsinin qarşısını almaq olar.

Alimlər xərçəngin qarşısının alınması istiqamətində artıq bir çox üsul təklif ediblər. Lakin elm adamlarının son araşdırmalarının əsasında müəyyən edilib ki, sitrus bitkiləri orqanizmi ağır patologiyalardan qorumağa kömək edir. ABŞ alimləri bu bitkilərin bir çox faydalı xüsusiyyətini aşkar ediblər. Onların fikrincə gündə heç olmasa bir sitrus bitkisi yeyən insanın onkoloqa müraciət edəcəyi riski digərlərinə nisbətən daha azdır. Sitrus bitkilərinin bu xüsusiyyətini anlamaq asandır. Məlum olduğu kimi C vitamini ilə zəngin qidalar orqanizmə müsbət təsir göstərir, immun sistemi möhkəmləndirir. Ən çox C vitamini qreypfrutun, portağalın və limonun tərkibindədir. Allergiyadan əziyyət çəkənlərin məyus olmasına ehtiyac yoxdur. Belə ki, sitrus meyvələrini bu vitaminlə bol digər qidalarla əvəz etmək olar. Bunlara turşu kələmi, kartof, itburnu və s. aiddir.

Yəni, hər insan bu və ya digər bitkilər vasitəsilə özünü bir sıra xəstəliklərdən qoruya bilər.

Geri dön