Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhiyyə Nazirliyi DSX-nın hərbi hissəsində baş verən yanğında 9 nəfərin xəsarət aldığını açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Səhiyyə Nazirliyi DSX-nın hərbi hissəsində baş verən yanğında 9 nəfərin xəsarət aldığını açıqlayıb

Səhiyyə Nazirliyi DSX-nın hərbi hissəsində baş verən yanğında 9 nəfərin xəsarət aldığını açıqlayıb


Səhiyyə Nazirliyi dünən Dövlət Sərhəd Xidmətinin Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən hərbi hissəsinin bazasında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, güclü yanğın nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumatda bildirilir ki, dünən saat 07:59 radələrində “103 xidməti”nə Qaradağ rayonunda baş vermiş yanğın hadisəsi haqqında məlumat daxil olub. Hadisə yerinə dərhal öncə 3, saat 08:30 radələrində isə əlavə olaraq daha 9 təcili tibbi yardım briqadası göndərilib. Təcili Tibbi Yardım stansiyasının əməkdaşları yanğın zamanı zərərçəkmişlərdən nisbətən yüngül xəsarət alan 6 nəfərə yerindəcə ambulator yardım göstərib və evlərinə buraxıblar.
Nisbətən ağır xəsarət almış Fövqəladə Hallar Nazirliyinin 3 əməkdaşı Kliniki Tibbi Mərkəzə gətiriliblər. 1973-cü il təvəllüdlü Valid Əfəndiyev alın sümüyünün xətti sınığı, 1987-ci təvəllüdlü Rauf Hüseynov alt çənə bıçağının sınığı və diz nahiyəsinin deşiyi, 1987-ci il təvəllüdlü Rzayev Xəyal isə natamam yanma məhsulları ilə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur. Yaralıların vəziyyəti orta ağırdır və xəstələrin heç bir həyati təhlükəsi yoxdur.

Geri dön