Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Vəkillər Kollegiyası: Vəkilliyə sənəd qəbulu tam sadələşdirilib
Vəkillər Kollegiyası: Vəkilliyə sənəd qəbulu tam sadələşdirilib |
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyadan bildiriblər ki, Rəyasət Heyətinin sədri Anar Bağırov iclasda çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin ölkəmizdə vəkilliyin intibahındakı rolu barədə fikirlərini bölüşüb. O, hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin təmiri və istifadəyə verilməsi üzrə hazırlıq işləri, yaxın günlərdə “ASAN xidmət” mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib. İclasda Sərəncamın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasında insanların hüquqi yardıma çatımlılığının təmin edilməsi, ucqar yaşayış məntəqələrində əhaliyə keyfiyyətli hüquqi yardımın çatdırılması məqsədilə muxtar respublikanın Vəkillər Kollegiyasına nəqliyyat vasitəsinin alınıb verilməsi barədə qərar qəbul olunub. Bundan başqa bildirilib ki, Azərbaycanın bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus alınıb. Bundan başqa, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, dövlət qulluğuna keçmək ilə əlaqədar, fəaliyyəti dayandırılmış vəkillərin dövlət qulluğunda olduqları dövrdə üzvlük haqlarının ödənilməsi barədə qərar qəbul edilib. Daha sonra ölkəmizdə səmərəli vəkillik fəaliyyətinin təşkili, o cümlədən vəkillik haqqında qanunvericiliklə tənzimlənməyən məsələlərin həlli məqsədilə Vəkillər Kollegiyasının üzvlərinin rəyləri nəzərə alınmaqla ilk dəfə olaraq “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi”, “Elektron vəkil kabinetindən istifadəyə dair”, “Vəkil kabinetinin yaradılmasına dair”, “Vəkil qurumlarının yaradılması və fəaliyyətinə dair” qaydalar qəbul olunub. Həmçinin “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydalarına dəyişikliklər edilib. Qaydaların yaxın günlərdə Kollegiyanın rəsmi internet səhifəsində yerləşdiriləcəyi bildirilib. Qeyd edilib ki, əvvəlki illərdən fərqli olaraq, vəkilliyə sənəd qəbulunun sadələşdirilməsi üzrə namizədlərin iş stajları, ali təhsilləri haqqında diplomlarının surətləri və digər sənədlərin toplanmasına ehtiyac qalmayacaq. Onlar imtahanda iştirakla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə cavab vermələrini öz imzaları ilə təsdiq etməklə ərizə-anket formasını təqdim edəcəklər. Bundan sonra yazılı test imtahanı mərhələsini keçən namizədlərdən aidiyyəti sənədlərin təqdim edilməsi Sənəd Qəbulu Komissiyası tərəfindən tələb olunacaq. İclasda yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar da qəbul olunub. Belə ki, Bakıda fəaliyyət göstərəcək “Xəzər Consulting”, “Faiq Nağıyev və partnyorları”, “Alyans”, Bakı şəhəri 23, 25 və 26 saylı, o cümlədən Astara rayon vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılıb. Bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunub. Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin, habelə “Advokat” futbol komandasının bu günlərdə Ukraynada keçirilmiş vəkillər arasında futbol turnirində qələbə qazanması münasibətilə komanda üzvlərinin mükafatlandırılması haqqında qərarlar qəbul olunub. İclasda vəkillər barəsində başlanılmış 21 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Müdafiə etdiyi şəxsin mənafeyinə zidd hərəkət etməklə və vəkil sirrini qorumamaqla vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə bir vəkilin fəaliyyətinin bir il müddətinə, mülki-prosessual və vəkillik haqqında qanunvericiliyin tələblərini pozaraq, vəkil üçün müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğuna görə daha bir vəkilin fəaliyyətinin altı ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul olunub. Həmçinin bir vəkilə töhmət, birinə xəbərdarlıq verilib, 12 iş üzrə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib. Beş intizam işi üzrə əlavə araşdırmanın aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılması üçün təxirə salınıb. Geri dön |