Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > DƏDƏ ŞƏMŞİRİN “KİMİ” ƏBƏDİYAŞAR ŞEİRİ HAQQINDA
DƏDƏ ŞƏMŞİRİN “KİMİ” ƏBƏDİYAŞAR ŞEİRİ HAQQINDA |
Bu şeiri gənclik çağımda Şəki payonu Qasm kənddə (Üzümçülük savxozu) mədəniyyət evinin direktoru işlədiyim zaman (1977-ci il) əzbərləmişdim. Bir xoşagəlməz əhvalatdan sonra axşam Dədə Şəmşirin şeirlər kitabını oxuyurdum ki, əhvalatı unudum. Oxuduğum qoşmalar sırasında “Kimi” qoşmasına çatanda elə bil, ilk misradan sanki “dərdimə dərman” tapdım. Şeiri diqqətlə oxuyub başa vardım və başladım nəzəri cəhətdən təhlil etəməyə. Bəli, şeir semantika üzərində qurulub, məcazlar birbaşa obraza yönəlib: “namərd” -mənfi bədii simvol kimi; “qul”(metonimiya-ad dəyişməsi)- yaltaq, ikiüzlü, yalmanan; “bir tərəf” (metafora) - səndən səlahiyyətli, vəzifəli olan tərəf nəzərdə tutulur... Şeirin axırıncı bəndini ustad çox güclü məcazlarla, didaktika ilə tamamlayır və doğru yol göstərir: “mərd”- haqqın yolunu tutan bədii simvol; “dilinin bələası” günah işlərin ümumi metaforası; “şir-aslan” –güc, cəsarət bədii simvolu kimi, eyni zamanda üz-üzə gələn mərd düşmən kimi göstərilir. Belə qarşılaşmada bir cəng meydanı olur və qarşıdakının hərəkətinə qarşı hər-hansı müdafiə tədbiri görə bilirsən... Fəqət, bu “tülkü kölgəsi” metonimiyası isə çox təhlükəli hadisədir: etiyac sıxıntısından və s. karıxmadan hiyləgərə, nadana ağız açırsan, o da sənə cüzi bir kömək edib yerli-yersiz həmin köməyini xatırladır, əvəzində səndən daha üstün olanı tələb edir və s. Ustadın şeiri el məsəli ilə də əla səsləşir: “Mərd “ağladan” yanında ol, namərd “güldürən”dən uzaq dur.” Ümumiyyətlə, Dədə Şəmşirin bu şeiri əbədiyaşar poeziya nümunəsidir...Ruhu şad olsun!
KİMİ Namərd sənin qulluğunda qul olar, Öz işi düzəlib bitənə kimi. İrişə-irişə üzünə gülər, Əli bir tərəfə çatana kimi. ________________________ Dostunu tanımaz nadan sərsəri, Bu, elin sözüdür nə vaxtdan bəri. Qoy sellər aparsın nanəcibləri, Bax dalınca gözdən itənə kimi. _________________________ Xoryatın ox sözü qəlbimə dəydi, Büküb qamətimi qəddimi əydi. Bildirçin də bir ay payızda bəydi, Darı sünbülündə yetənə kimi. ____________________________ Adam var görkəmi xeyri bildirər, Adam var ev yıxar, adam öldürər. Adam var məclisdə eli güldürər. Aşıqlar sazını çalana kimi. __________________________ Şəmşir gərək mərd ocağın qalasın, Hər kəs çəkər öz dilinin bəlasın. Qoy səni şir yesin, şir parçalasın, Tülkü kölgəsində yatana kimi. Niftali Goyceli Geri dön |