Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat minlərlə azərbaycanlının müalicə üçün Türkiyəyə üz tutmasının səbəblərindən DANIŞDI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq, Özəl xəbər, Fərəc Quliyev > Deputat minlərlə azərbaycanlının müalicə üçün Türkiyəyə üz tutmasının səbəblərindən DANIŞDI

Deputat minlərlə azərbaycanlının müalicə üçün Türkiyəyə üz tutmasının səbəblərindən DANIŞDI


"Türkiyə tərəfi tibbi turizm sahəsini yaxşı təşkil edə bilir. Ona görə, xaricdən, o cümlədən Azərbaycandan ora xəstələr axışır”.

Sfera.az-a açqılamasında bu sözləri Türkiyə Səhiyyə Nazirliyinin tibbi turizmlə bağlı statistik açıqlamalarına münasibət bildirərkən Milli Məclisin deputatı, ixtisasca həkim olan Fərəc Quliyev deyib:

"Azərbaycandan xəstəliyini sağaltmaq və müalicə almaq üçün Türkiyəyə gedən soydaşlarımızın çox olması ilk növbədə qardaş ölkə ilə mövcud olan yaxşı münasibətlərdən qaynaqlanır. Burada dil probleminin olmaması da həmin prosesə təkan verən amillərdəndir. Proses həm də qarşılıqlı olur. Türkiyədən olan həkimlər sonradan Azərbaycana gəlib burada müayinələr aparır, həkim fəaliyyətilə məşğul olurlar. Digər tərəfdən, Türkiyədəki mövcud şərait də bir çox xəstələrimizi müalicə üçün məhz qardaş ölkəyə üz tutmağa meylləndirir. Burada prosesin təşkili və qiymət məsələsi də önəmlidir. Yaranmış vəziyyət həm də onu göstərir ki, Türkiyə tərəfi tibbi turizm sahəsini yaxşı təşkil edə bilir. Ona görə, xaricdən, o cümlədən Azərbaycandan da bir çox xəstələr ora axışır. Ölkəmizdə isə bunlar yoxdur, tibbi səviyyə baxımından geri qalmasaq da. Azərbaycan həmçinin bu sahədən səmərəli yararlana, istifadə edə bilmir. Yesentukidə olan imkanlar ölkəmizdə də var. Hətta Naxçıvanda və ölkəmizin bir çox yerlərində elə məskənlər var ki, onlar müalicəvi xüsusiyyətlərinə görə, daha keyfiyyətli və əhəmiyyətlidir”.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi 2018-ci il üzrə tibbi turizmə dair statistikanı açıqlayıb. İlin 6 aylıq dövrünü əhatə edən rəqəmlərə əsasən, bu il Türkiyəyə ən çox xəstə İraqdan (9 min 474) və Azərbaycandan (7 min 883) gedib.

ELÇİN
Sfera.az


Geri dön