Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirmidir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş, Qərbi Azərbaycan-İrəvan > “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirmidir.

“İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirmidir.


02 noyabr 2018-cı il tarixdə Beynəlxalq Dialoq və İnkişaf Alyansı “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirmidir. Konfransı giriş sözü ilə açan Alyansın sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova çıxış edərək bildirdi ki, Beynəlxalq Dialoq və İnkişaf Alyansı bu il 20-23 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İsveç Krallığının Stokholm şəhərində “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı layihə üzrə tədbir həyata keçirmişdir. Layihə çərçivəsində Azərbaycanın qədim torpağı, tarixi mədəniyyət mərkəzi olan İrəvanın Ermənistana siyasi mərkəz olaraq verilməsinin 100 illik dönümünün, həmçinin Azərbaycan tarixi həqiqətlərinin, o cümlədən XIX əsrin əvvəllərindən etibarən bu əraziyə kütləvi erməni köçürülmələri, yerli əhalinin demoqrafik göstəricisinin aşağı salınması və məcburi deportasiyaların və azərbaycanlıların kütləvi qətliyamlarının məqsədli təşkili, İrəvannın Ermənistana siyasi mərkəz olaraq verilməsinin siyasi məqamlarının, qarşılıqlı razılaşma, Azərbaycan tərəfinin qoyduğu şərtlər və digər hüquqi məsələlərin gündəmə gətirilməsi və bununla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması layihənin başlıca xəttidir.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdir müavini Qurban Sadıqov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti Dağlıq Qarabağ probleminin həllinə doğru aparan real addımlardır. Bu gün Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərən tarixi hadisələrdən biridir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Siyasi Araşdırmalar İnstitutu”nun direktoru, millət vəkili Elman Nəsirov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Emin Ağayev, Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, BDU-nun professoru Anar İsgəndərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyə Əhmədova çıxış edərək İrəvanın Ermənistana siyasi mərkəz olaraq verilməsi həmin dövrdə tarixi zərurət və beynəlxalq münasibətlərlə bağlı fikir bildirdilər.
Müzakirələrdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Elgün Səfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Cahangir Cahangirov, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov da iştirak etmişdirlər.
Tədbirdə TİKA-nın Azərbaycan ofisinin rəhbəri Teoman Tiryaki iştirak etmişdir.
Tədbirdə “Sepratizmə, işğala və terrora son! İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı filmin və eyniadlı bukletin təqdimatı olmuşdur.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının mətbuat xidməti

Geri dön