Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Britaniyalı parlamentar: “Beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazilərinin işğalı faktını pisləməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Britaniyalı parlamentar: “Beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazilərinin işğalı faktını pisləməlidir”

Britaniyalı parlamentar: “Beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazilərinin işğalı faktını pisləməlidir”


“Beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazilərinin işğalı faktını pisləməlidir”.

Bu sözləri Böyük Britaniya parlamentinin üzvü, keçmiş müdafiə naziri Liam Foks Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Qlobal təhlükəsizliyə dəyişən təhdidlər” mövzusunda məruzə ilə çıxış edərkən deyib. L. Foks bildirib ki, müasir dünya hazırda təhlükəsizliyə yeni təhdidlərlə üzləşib və enerji təhlükəsizliyinin diversifikasiyası, terrorçuluq və nüvə təhdidlərinin qarşısının alınması zəruridir. Demokratiya quruculuğundan danışan L. Foks qeyd edib ki, buna bir gündə nail olmaq mümkün deyil. Onun fikrincə, demokratik cəmiyyət quruculuğunda üç əsas pillə azad bazar, şəffaf hüquq sistemi və təməl hüquqların təmin olunmasıdır: “Bu cür dəyişikliyə nümunə kimi Gürcüstanı göstərmək olar”.

L. Foks Cənubi Qafqazda vəziyyətin sadə olmadığını söyləyib və həm Azərbaycan, həm də Gürcüstan ərazilərinin işğal altında olduğunu xatırladıb. O, İranın nüvə proqramının da regionda sabitliyin pozulmasına təsir göstərdiyini vurğulayıb: “Əgər İran nüvə dövlətinə çevrilsə, bu, gələcək nəsillər üçün də qeyri-sabit situasiya yaradacaq”.

Sabiq nazirin sözlərinə görə, Britaniya bölgədə sabitliyin möhkəmlənməsində maraqlıdır: “Gürcüstan və Azərbaycan yeni təhlükəsizlik arxitekturasının qurulmasında bizim əsas müttəfiqimizdir”.

Geri dön