Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Kecən günlərin yada düşən acılı,şirinli xatirələri
Kecən günlərin yada düşən acılı,şirinli xatirələri |
Sovetlər dövründə hər il noyabrın 10-da SSRİ-də Milis Günü keçirilirdi.
1965-ci il noyabrın 10-da mən milislərin köməyi olmadan leytenant Şmidt adına neft maşınqayırma zavoduna tokar şagirdi işinə qəbul olunmuşam. Başqa əlacım yox idi.Ali məktəbə-N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə qəbul ola bilmədiyimə görə özümü naqolay hiss edirdim.Hərçənd ki,1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna müsabiqədən keçməyənlər üçün əlavə qəbul keçirildi.Lakin rektorun təklifiilə sənədlərimi geri aldığıma görə mən kənarda qaldım;rektor məni inandırmışdı ki,mən bu imtahan qiymətləri ilə elə bu il başqa instituta qəbul oluna bilərəm.İnandım,Gəncəyə -Kənd Təsərrüfatı Akademiyasına getdim ki, şərabçı olum,kəndimə qayıdım.Orada da sənədləri götürmədilər ki, bəs, sən şəhərlisən,biz kənd rayonları üçün kadr hazırlayırıq.Nə qədər and-aman elədim ki,vallah mən kənddə böyümüşəm,orya məktəbi 7 kənd rayonunun məktəblərində oxumuşam.Dedilər,yox,bura sənin yerin deyil. Vallah,mənim işim həmişə daşdan çıxır.Zavoda da tanışlıqla işə düzəlmişdim. Allah fontan armaturları sexinin rəisi Məğrub Baloğlanova rəhmət eləsin. Nə isə...Respublikanın ən böyük sənaye müəssisəsinin fəhləsiyəm.Yataqxanası da var,pasport qeydiyyatı da... 1988-ci ilədək əmək fəaliyyətim bu müəssisə ilə əlaqədar oldu.Yaxşı adamlarla ünsiyyət qurdum.Həyatın çətinliklərini öyrəndim. Ali məktəbi - o vaxtın yeganə universiteti olan ADU-nun filologiya fakültəsini qurtardım... I və İİ kurslarda İmtahan vaxtı professor Ağamusa Axundov nə qədər dil töksə də,təkid eləsə də əyani şöbəyə keçmədim; atam rayon poliklinikasının baş həkimi işləsə də -çık,-çük'ə,--mış,-miş'ə - şəkilçilərin öyrənilməsinə pul vermək istəmirdi, məni ya həkim,ya da hüquqşünaq görmək istəyirdi. Atam həkimliyə qədər tbir sıra kənd məktəblərində türk dili müəllimi işləmişdi.O, məktəb işinin,müəllimliyin çətinliklərindən xəbərdar idi. Ağamusa müəllim onun sözünü eşitmədiyimə görə-qiyabi şöbədən əyani şöbəyə keçmədiyimə görə bir neçə il salamımı almadı.Amma 1972-ci ildə,sonradan deyilənlərə görə, diplom müdafiəsi zamanı məndən xəbərsiz mənim aspitanturaya göndərilməyimə şərait yaradanlardan biri də o olmuşdu. Tokar işləyə-işləyə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil oldum... .Arada 8 il siyasi maarif sistemində kommunistlərə siyasi maarifdən dərs dedim. Heyif o 8 ildən...Nə qədər maraqlı və cəmiyyət üçün xeyirli iş görmək olardı... Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müllimi,türkoloq. 10.11.2018. Geri dön |