Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Açıq havada gəzinti miopiya riskini azaldır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Açıq havada gəzinti miopiya riskini azaldır

Açıq havada gəzinti miopiya riskini azaldır


Uşaqları mütəmadi olaraq təmiz havada gəzdirməklə gələcəkdə yarana biləcək görmə probleminin qarşısını almaq olar.

Hazırda miopiya ən aktual göz problemlərindən biri hesab edilir. Mütəxəssislərin hesablamalarına görə 2050-ci ildə dünyada bu problemdən beş milyarddan çox insan əziyyət çəkəcək.

Alimlər bildiriblər ki, miopiyanın yaranma riskini azaltmaq üçün mütəmadi olaraq açıq havada gəzmək kifayətdir. Belə ki, aparılan araşdırmalara əsasən bu göz problemindən əziyyət çəkən valideynlər uşaqları ilə açıq havada daha çox vaxt keçirməlidirlər. Əks halda onların övladlarında da eyni problemin yaranma riski 60 faiz artır.

Bundan əlavə qadjitlərin həddindən artıq istifadəsi də sağlam uşaqda miopiyanın yaranma riskini artırır. Bu səbəbdən mütəxəssislər müasir əl oyunlarını açıq havada gəzintilərlə əvəz etməyi məsləhət görürlər.

Geri dön