Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü qeyd edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü qeyd edildi

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü qeyd edildi


Bu gün Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) elan olunmasının 35-ci ildönümü münasibətilə tədbir keçirilib. Rəsmi qəbulda dövlət rəsmiləri, Milli Məclis üzvləri, diplomatlar, siyasi partiya rəhbərləri, sənət adamları, çoxsaylı media nümayəndələri iştirak edib.

Dövlət himnlərinin canlı oxunmasından sonra çıxış edən KKTC-nin Bakıdakı nümayəndəliyinin başçısı xanım Ufuk Arca Turganer çıxış edib.
Tədbir iştirakçılarını sayğı və sevgi ilə salamlayan böyükelçi Şimali Kiprin tarixindən, cümhuriyyətin elan olunmasına gedən yoldan danışıb: “Quzey kiprlilər hər zaman dilinə, dininə, millətinə, vətəninə, bayrağına sahib çıxıb və çıxmağa davam edəcək. Bu duyğu və düşüncələrlə başda ulu öndərimiz Mustafa Kamal Atatürk olmaqla azadlıq mücadiləsini vermiş doktor Fazıl Küçük, cümhurbaşqanımız Rauf Denktaşı və qəhrəman mücahidlərimizi, vətən torpağı uğrunda canlarını fəda edən əziz şəhidlərimizi, 15 iyul şəhidlərimizi rəhmətlə anırıq və əziz xatirələri önündə sayğı ilə baş əyirəm”.

Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan adından Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 35 illiyi münasibətilə təbriklərini çatdırıb: “Bu illər ərzində Azərbaycanın mütəxəssisləri, idmançıları, elm xadimləri dəfələrlə Şimali Kiprdə olublar və yerli həmkarları ilə fikir mübadiləsi aparıblar. Şimali Kiprə səfər edən azərbaycanlılar Lefkoşa, Gernə, Qazimağusa şəhərlərindəki tarixi abidələrlə yaxından tanış olublar. Onlar asudə vaxtlarında Beşbarmaq dağına çıxaraq, ətraf aləmə tamaş ediblər. Biz jurnalistlər, digər Azərbaycan vətəndaşları Kipri məhz bu gözləlliklərinə görə sevməmişik. Kipri bizə sevdirən eyni zamanda kiprli insanların öz torpaqlarına bağlılığı olub. O insanlar öz torpaqlarını sonsuz məhəbbətlə sevdikləri üçün, vətənlərinin dar günündə öz qanlarını günəş şüalarından cadar-cadar olmuş torpaqlara töküblər. Onlar özlərinin şəhidlərini, qazilərini həmişə əziz tutblar və indi də əziz tuturlar. Çünki torpaq üzərində ölən varsa, vətəndir!”
Ə.Amaşov Quzey Kiprin təhsil və səhiyyə sisteminin dünyanın ən ön səviyyələrə qalxdığını vurğulayıb.

Tədbir daha sonra ziyafətlə davam edib.

Geri dön