Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nüsrət Hhüseynoğlunun bədii yaradıcılığı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Nüsrət Hhüseynoğlunun bədii yaradıcılığı

Nüsrət Hhüseynoğlunun bədii yaradıcılığı


Nüsrət Hhüseynoğlunun bədii yaradıcılığı vətən sevgisi və haqq-ədalətin təbliğindən ibarətdir.

Heseynov Nüsrət Hüseyn ğlu ixtisasca pedoqoqdur. Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim işləyir. “Bütöv Azərbaycan eposu”nun ikici müəllifi kimi oxucularla bədii ünsiyyət yaratmış istedadlı şairdir. Saytmzda Nüsrət Hüseynoğlunun son zaman yazmış olduğu şeirlərindən oxuculara təqdim edirik

MÜBARİZ

Azğınlaşan “Xaç atası” göz dağı,
Söz açmadı qabağında min yağı,
Millətinin barla verən bir bağı,
Zamanənin Babəkidir Mübariz!
Həm Təbrizi, Bakısıdır, Mübariz!

“Xaç yürüşü” qorxutmadı gözünü,
Əməlinlə sən deyənsən sözünü,
Bir Türk kimi göstərənsən özünü,
Turanımın sən özüsən, Mübariz!
Turanımın bir sözüsən, Mübariz!

Milyonların qüvvəti var qolunda,
Turan durdu həm sağında, solunda,
Şəhidliklə Azərbaycan yolunda
Turanıma iz açansan, Mübariz!
Günəş kimi nur saçansan, Mübariz!

AŞİQİYƏM

Bəxtimizə haqdan gələn
Dərdə yanan aşiqiyəm.
Çəkilməyən zillətləri
Sevən zaman aşiqiyəm.

Min hikmətdir bircə sözü,
Hər bir sirri bilir Özü.
Ayırırsa əyri-düzü,
Allah, Quran aşiqiyəm.

Tanı, öyrən, bil Allahı,
Yerin, göyün odur şahı.
Məzlumların tək pənahı-
Sirri-məkan aşiqiyəm.

Dodağına dürr düzülən,
Ümbətinə çox üzülən,
Üz-gözündən nur süzülən
Şahi-mərdan aşiqiyəm.

Aç gözünü, bir də tanı,
Yetmiş iki şühədanı...
Kərbəlada axdı qanı,
Bunu qanan aşiqiyəm.

Haralardan gəldi bəri,
Axır-zaman peyğmbəri-
O oturan pak minbəri
Sevən iman aşiqiyəm.

Əvvəl-sonu görünməyən,
Son qiyməti bilinməyən,
Küllü-ərzdən silinməyən
Küllü-ümmən aşiqiyəm.

Tək Allaha ibadəti,
Beş camala məhəbbəti-
Nüsrət deyər:- bu hikməti
Qanan insan aşiqiyəm.




--
Niftali Goyceli

Geri dön