Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaxşı sözün oyunçusu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Yaxşı sözün oyunçusu

Yaxşı sözün oyunçusu


Nazim adını lap çoxdan daşıyıram.3 ay mənə ad axtarıblar.Axırda XIX əsrdə babamın yaxşı tanıdığı Şamaxılı bir şairi xatırlayıblar, mən-Nazim olmuşam.
Nazim-nəzm əsəri yazan- şair deməkdir.Bəzən isə bu sözü başqa cür xırdalayırlar:
"Asanlıqla şeir yazan,lakin şairlik istedadı olmayan adam".
Neynək...Olsun...Amma ədəbiyyat tarixində yaxşı şeir yazan nazimlərimiz olub ha.Tərbiyəvi mövzuda şeirlə yazı yazanlar da özlərini nazim adlandırıblar.
Hər halda mən-Naziməm. Nazim Nəsrəddinov.

Soyadımdakı nəsrdən hələ danışmıram.

Sözün qayda-qanunlarına da az-çox bələdəm.Söz içində söz deyə bilirəm.Sözü mənalandırmaq mənim çoxdankı vərdişimdir.Yaxşıdır,yoxsa pis,bunu söyləmək çətindir.Ağlıma gələn yaxşı fikri şeir çərçivəsinə yerləşdirə bilirəm.

Hər söz oyununda hər nəsnədən danışmıram.Ağlamıram,sızlamıram.Şeirə söz oyunu kimi baxıram.Hərə söz ilə bir oyun oynayır.Mən bu oyunun dilimizi zənginləşdirilməsindəki səmtinə,yönünə-yörəsinə çalışıram.Pis səslənən sözlərdən qaçıram.
Elə söz var ki,o,mənim leksikonumda olsa da, nitqimdə,danışığımda yoxdur.

Söz həmişə insanları mərdliyə,düzlüyə,işığa çağırmalıdır.

Həmişə fəxrlə deyirəm ki, mənim söz oyunum-öz oyunumdur.


Ah... Nazim,Nazim....

Gəlin, tutaq qafiyəsin Nazimin...
Tapılacaq təbdilbazı azı min..
Tutuquşu təbdilbazın bir növü,
Çıxardığı səsi azdır,sözü min.

Beş şeirin müəllifi olanlar...
Söz deməsən düşünəcək yalanlar..
Hər birisi özün sanıb əjdaha,
Deyəcək ki, mənə çatmaz güc daha.

Hər bir sözün var dəyəri, var dərdi,
Yaxşı sözün milyon-milyon var mərdi.
Dərdsiz olmaq- başsızlığa bərabər,
Başsız olan düşünəcək nə təhər?

Başımız var, başımızı işlədək,
Daşımız var, daşımızı işlədək.
Başımız da, daşımız da var isə,
Deməyək ki, indi daha neyləyək?

İnsan oğlu, insanlığı unutma,
Söz deyəndə asanlığı unutma.
Qudurğana-öz yolunu azana,
Açıq de ki,
quzu bala,
quzuluğu unutma....



Nazim Nəsrəddinov.

Bakı,18.11.2018.

Geri dön