Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib


Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib.

Səfər çərçivəsində daha bir görüş Avrasiya Yəhudilərinə Dəstək üzrə Milli Koalisiyanın rəhbəri Mark Levinlə olub. Görüşdə diaspor təşkilatlarının fəaliyyəti, təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri müzakirə edilib. Dövlət Komitəsi tərəfindən son aylar görülən işlər, Koordinasiya şuralarının formalaşması, yəhudi diasporu və digər təşkilatlarla əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda yəhudi icmasının vəziyyəti, Azərbaycan-İsrail münasibətləri barədə danışan tərəflər gənclərlə bağlı həyata keçirilən layihələrdən də söhbət açıblar. Görüşdə Diaspor TV, Diaspor radiosu, Azərbaycan Diasporuna Dəstək Fondu barədə də məlumatlar verilib. Mark Levin isə yəhudi kimliyinin necə müəyyən edilməsi, müxtəlif ölkələrdə yəhudilərin sayının müəyyənləşdirilməsi yolları barədə danışıb. Sonda tərəflər əməkdaşlıq barədə razılığa gəliblər.

Növbəti görüş Türkiyə-Amerika Təşkilat Komitəsinin həmsədri Günay Evinç və komitənin üzvləri ilə keçirilib. Görüşdə türk və Azərbaycan diasporları arasında əməkdaşlıq müzakirə edilib, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı vurğulanıb. Memoranduma əsaslanaraq gələcəkdə əməkdaşlığı daha da dərinləşdirməyin, vahid strategiya üzrə fəaliyyət göstərməyin, xüsusilə Vaşinqton kimi dünyanın siyasi mərkəzləri olan şəhərlərdə birgə fəaliyyətin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Görüşdə türk diasporunun gənclərlə bağlı tədbirləri, Türk Hava Yollarının diaspor tədbirlərinə göstərdiyi dəstək barədə də söhbət açılıb. Qərara alınıb ki, türk və Azərbaycan diasporlarının fəaliyyəti təhlil edilsin, problemlər müəyyənləşdirilsin və vahid strategiya hazırlansın.

Nümayəndə heyəti Vaşinqtonda daha bir görüşü Amerika Yəhudi Komitəsinin icraçı direktorunun siyasət məsələləri üzrə müavini Ceyson İsaakson ilə keçirib. Görüşdə Azərbaycan-İsrail münasibətlərindən söhbət açılıb, Azərbaycanda yəhudi icmasının və İsraildə Azərbaycan icmasının vəziyyəti müzakirə edilib, əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Gələcəkdə Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətində daha geniş yayılmasına Amerika Yəhudi Komitəsi tərəfindən dəstək göstərilməsi istiqamətində əməkdaşlığa dair razılığa gəlinib.

Nümayəndə heyəti, həmçinin Corc Vaşinqton Universiteti nəzdində Tekstil muzeyində təşkil edilən Azərbaycan Mədəniyyət Gününə qatılıb. Muzeydə ölkəmizin mədəni dəyərlərini özündə əks etdirən sərgi təşkil edilib, Azərbaycan mədəniyyətinə aid nümunələr təqdim olunub. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər. Komitə sədri soydaşlarımızı salamlayaraq ölkəmiz haqqında, son illər Azərbaycanda əldə edilən inkişaf dinamikası barədə məlumat verib və tədbirin əhəmiyyətindən danışıb. O, belə tədbirlərin milli-mədəni irsin yaşadılması və təbliği baxımından zəruri olduğunu bildirib. Komitə sədri Azərbaycan həqiqətlərinin yayılması, milli-mədəni irsimizin qorunması və təbliğində gənclərin üzərinə düşən vəzifələri qeyd edib. Diaspor təşkilatlarının, gənclərin, xüsusilə tələbələrin tədbirin təşkilində fəal iştirakını müsbət dəyərləndirib, Dövlət Komitəsinin belə tədbirlərə hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib. Tədbir kiçik yaşlı soydaşlarımızın rəqslərindən ibarət bədii proqramla davam edib.

Tədbirdən sonra Azərbaycan Mədəniyyət Mərkəzində icma nümayəndələri ilə görüş keçirilib. Görüşdə soydaşlarımız, diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də digər dost xalqların diaspor nümayəndələri iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Komitə sədri diaspor sahəsində görülən işlər barədə məlumat verərək qarşıya qoyulan hədəflərdən söhbət açıb, birliyin, birgə fəaliyyətin zəruri olduğunu bildirib. Soydaşlarımızın, diaspor təşkilatlarının fikirləri və problemləri dinlənilib. Soydaşlarımız Azərbaycan və ingilis dillərində kitablara ehtiyac olduğunu qeyd edib, ABŞ-a yeni gələn iş adamlarına maarifləndirici dəstək göstərilməsinin, təlimlərin təşkili kimi məsələlərin zəruri olduğunu bildirib. Komitə sədri vurğulayıb ki, Azərbaycan dövləti hər zaman diasporun, soydaşlarımızın yanındadır. Xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı hər zaman prioritet məsələdir. Görüşdə ABŞ-da yaşayan soydaşlarımızla Dövlət Komitəsi arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.

Yusif Babanlı

Geri dön