Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > IX sinif şagirdi: Bu ekskursiyalar yaddaşımdan heç vaxt silinməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > IX sinif şagirdi: Bu ekskursiyalar yaddaşımdan heç vaxt silinməyəcək

IX sinif şagirdi: Bu ekskursiyalar yaddaşımdan heç vaxt silinməyəcək


“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsinə səyahətimizin üçüncü günü Masallı və Astara rayonları ilə yaxından tanış olduq. Hər iki rayonda gördüklərimiz bizi heyran etdi.

Bu sözləri Xocalı rayonunun Başkənd kən tam orta məktəbinin IX sinif şagirdi Rəsul Hümbətov müsahibəsində bildirib.

Rəsul Hümbətov daha sora deyib: “Lənkəran, Masallı və Astara rayonları sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəranda “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada park-bulvar kompleksinə, “Yanar bulağ”a və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN həyat” kompleksinə, Masallı Sənaye Məhəlləsinə təşkil edilmiş ekskursiyalar yaddaşımdan heç vaxt silinməyəcək”.

Geri dön