Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Mikayıl Müşfiqin türmədəki şəklinə...
Mikayıl Müşfiqin türmədəki şəklinə... |
Qəşəm Nəcəfzadə
Mən şəkil sevənəm. İki şairin şəkli heç vaxt gözümün qabağından getmir. Biri Mikayıl Müşfiqin türmədəki şəklidir, biri də Əli Kərimin xəstəxanadakı şəkli.. Əli Kərimin şəkli haqqında sonra… Mikayıl Müşfiqin türmədə çəkilmiş həyəcanlı bir şəkli var, orta və yan profildən çəkilib. Üzü tüklənib, gözlərində yorğun kədər, yorulmuş və bezmiş bir ümid var. Üzünə nahaqdan duranların, satqın dostların təəssüfü donub elə bil. Həyatı qədər sevdiyi ellərdən, Dilbərdən ayrılığı lövbər salıb sifətində. Yaşamaq eşqi şəkildə o qədər güclüdür ki, elə bil 40 ildi o şəklə doğru yol gedirəm, o şəklə cata bilmirəm. Mən gedirəm, şəkil gedir. Müsfiqin gözləri upuzun bir yoldur, sonuna çatmaq mümkün deyil. Türmədəki şəkil Müsfiqin ən gözəl şəklidir. Düşünurəm ki, hər bir şairin gözəl bir şəkli olsun gərək. Üstunə gül qoymağa, üstündə ağlamağa, divara və baş daşına vurmağa. Amma hər şairin də şəkli gözəl çıxmır. Mən nə qədər şəkil çəkdirdim, heç biri gözəl çıxmadı ki, çıxmadı. Gorəsən niyə? Çünki alnıma gullə ay kimi doğmamışdı, dostlarım üzümə durmamışdı. Ona görə şəkilim gözəl çıxmadı. Elə bilirəm Mikayil Müşfiqin türmədəki hemin şəkli segahdır. Neçə ildi bu səsin dalınca düşürlər, o səsə çata bilmirlər. Çünki bilmirlər ki, bu səsi oxuyan hansı tərəfdən oxuyur. 37-ci il ən çox xarakterizə edən bir fakt var. Rusiyadan qırmızı traktorlar gətirmişdilər. Xışı köhnəliyin qalığı kimi muzeylərə atmışdılar.Şairləri məcbur edirdilər ki, traktora aid şeir yazsınlar. Bir gün Mərkəzi Komitənin katibi Ruhulla Axundov Hüseyn Cavidi qəbuluna çağırır və deyir: -Cavid əfəndi, siz traktora niyə şeir yazmırsınız.? Cavid əfəndimiz cavabında: Ruhulla ,oğlum, sən traktorun şəklini kobinetində başının üstünə as, mən traktora şeir yazım- deyir. Haqlı cavabdı, elə deyilmi? Mikayil Müsfiqn 40-dan çox şeirində traktor və kombaynın adı çəkilir. Bu Müşfqin çıxılmaz vəziyyətdə qalmağının təzahürüdür. Bu cizgi də var Müşfiqin türmədəki şəklində. Hələ traktora şeir yazmaq o yana dursun, o vaxt kəndlərimizdə adamlar milli adlardan imtina edib övladlarına dəmir-dümür adları, traktor, kombayn və yaxud sovet, təşkilat, partiya, komsomol kimi adlar verirdilər. Bu günə kimi kəndimizdə həmin insanların bəziləri yaşayırlar. Mikayıl Müşfiq ilk şeirlər kitabının adını “Pambıq” qoymuşdu. Müşfiq çox istedadlı bir şair idi, Füzulini əzbər bilirdi, şübhəsiz kitabına belə ad seçməzdi. Bu əlacsızlığının da görüntüsü var türmədəki şəklində. Mikayıl Müşfiq Stalinə poema yazmışdır. Amma xilas ola bilməmişdir. Şəkildə bu məğlubiyyət də var. Şeirlərinin birində Mikayıl Müşfiq yazır: “Atam fabrik, anam zavod” M.Müşfiq böyük şair idi. Ata-ananı heç vaxt fabrikə, zavoda bənzətməzdi. Bu çətinlik də davar Müşfiqin türmədəki şəklində. Mikayıl Müşfiq Əhməd Cavadın “Göy göl” şeirini dönə-dönə oxumuşdu. Və bilirdi ki, bu şeirə görə Əhməd Cavadın başına nə oyun açırlar. Əsəri tərcümə edib Moskvaya göndərirlər ki, mərkəz şeir haqqında fikrini bildirsin. Mərkəz də deyir ki, bu şeirdə siyasi məsələ yoxdu, ancaq ədəbi məsələdi, tənqidçilər məşğul olsun. Bizimkilərin urəyi soyumur, yenə də məsələ qaldırırlar. Mərkəzi komitədə “ Əhməd Cavad məsələsi “yaranir. Bundan sonra Mikayil Müşfiq “Göy göl” şeirini yazır. Şeirin axırını bilərəkdən belə qurtarır. “Göy gölün qoynunda düşünür qızıl əsgər”. Şair hər şeyi bilirdi, onu nə gözlədiyindən xəbəri vardı(Yelkənim açılır, qara yel əsmə). Ona görə də qızıl əsgəri “Göy gölün” sahillində düşüncələrə daldırır. Bu intizar da var Mikayil Müşfiqin türmədəki şəklində. Tarı köhnəliyin qalığı kimi ləğv etmək istəyənlərə Mikayıl Müşfiq cəsarətlə yazırdı: Oxu tar, oxu tar, Səni kim unudar? Ona cavab olaraq Süleyman Rüstəm deyirdi: Oxuma tar, oxuma tar, Səni sevmir proletar Bu işgəncə də M. Müşfiqin türmədəki şəklində yer alıb Ona görə şairin o gözəl şəkli uzun illərdi ürəkləri yaxıb yandırır. Dönə-dönə biz də şəkil şəkdiririk, amma şəklimiz yaxşi çıxmır ki,çıxmır. Heç şübhəsiz, səbəbini bilirsiniz. Geri dön |