Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > “Bizim milli qürurumuz oyanmalı və buna etiraz etməliyik”
“Bizim milli qürurumuz oyanmalı və buna etiraz etməliyik” |
Fransanın hazırkı prezidenti Fransua Oland da qondarma “erməni soyqrımı”nı inkar edənlərin cəzalandırılamsı qanununu hazırlayacağı ilə bağlı bəyanatında təəccüblü bir şey yoxdur. Bir daha qeyd edirəm ki, prezidentin kim olmasından asılı olmayaraq, hər bir dövlətin öz maraqları var.
Bu sözləri Beynəlxalq və Niderland Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov bildirib. “Fransa hər vaxt ermənilərə yumşaq desək, öz isti münasibətilə fərqlənib. Əslində kimlərinsə bu kimi qərarların qəbuluna təşəbbüsdə belə, bizlər özümüzü daha çox günahlandırmalıyıq. Çində gözəl bir misal var: “əgər sən birini suçlayaraq barmağını ona tuşlayırsansa, unutma ki, üç barmağın da özünə tuşlanıb.” Həqiqətən də belədir. Dünyanın istənilən ölkəsində yaşayan bizlərin, yani türklərin çoxunun vətəndaşlığımız, yəni həm də seçib-seçilmək hüququmuz yoxdur. Olanların da çoxu seçkilərdə o qədər də aktiv deyil. O zaman dünya siyasətçilərinin bizdən marağı, gözləntiləri nə ola bilər? Bizlər mümkün qədər yaşadığımız ölkənin siyasi həyatında aktiv olmağa çalışmalıyıq. Müxtəlif zamanlarda Fransa prezidentlərinin hər hansı birinin bu və yaxud digər bu kimi təşəbbüslərinə təəccüblənməkdənsə, gəlin Fransanın hələ də ATƏT – in Minsk qrupunda olmasına təəccüb edək. Məncə bizim milli qürurumuz oyanmalı və buna etiraz etməliyik. Düşmənlərimizlə bu qədər isti münasibətdə olan, imkan düşdü-düşmədi onlara yardım edən bir ölkə bizə dost ola bilməz. Ümumiyyətlə, bizlər bizi sevməyən dövlətlərə qarşı bir qədər prinsipal olmalıyıq ki, başqaları bizə münasibətində bir qədər diqqətli olsunlar”. Elnur Eltürk Geri dön |