Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Arif Hacılı ruslara xidmət edirdi" - Elçibəyin gizli təşkilatı üzə çıxdı, skandal yarandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > "Arif Hacılı ruslara xidmət edirdi" - Elçibəyin gizli təşkilatı üzə çıxdı, skandal yarandı

"Arif Hacılı ruslara xidmət edirdi" - Elçibəyin gizli təşkilatı üzə çıxdı, skandal yarandı


Arif Hacılı Yunus Oğuzu, Fərəc Quliyev Müsavat başqanını yalanladı

Dünən keçmiş dövlət müşaviri, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz AzNews.az-a müsahibəsində Əbülfəz Elçibəyin gizli təşkilat yaratması ilə bağlı sensasion faktlar açıqladı.

Müsahibədə səsləndirilən fikirlərə qarşı “Musavat” partiyasının başqanı Arif Hacılı sosial şəbəkədə münasibət bildirdi. O, sabiq dövlət müşavirinin Elçibəyin AXC İdarə Heyətindən gizlin təşkilat yaratmasını nağıl adlandıraraq Yunus Oğuzu uydurmaçılıqda suçlayıb:

“Elçibəyə həyatda olsaydı, bu nağılbazlar belə rəvayətlər uydura bilməzdi”!

Göründüyüyü kimi, Arif Hacılı Elçibəyin 1990-cı ildəki qanlı 20 yanvar hadisəsindən sonra gizli təşkilat yaratmasını təkzib edir.

Arif Hacılının özü ilə əlaqə saxlayıb məsələ ilə bağlı fikirlərini daha ətraflı öyrənməyə çalışdıq. Telefonu açaraq “Sükan arxasındayam, bir saat sonra zəng edin” dedi. Bir saatdan sonra isə zənglərimizə cavab vermədi.

Ona görə biz də sözügedən gizli təşkilatda təmsil olunan daha bir şəxslə - Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə danışdıq. O isə Yunus Oğuzun haqlı olduğunu və həqiqətən belə bir gizli təşkilatın mövcudluğunu təsdiq etdi:

“Əslində, belə bir təşkilat iki dəfə qurulmuşdu. İlk dəfə 1990-cı ilin 20 yanvarından xeyli əvvəl Əbülfz Elçibəy özü yaratmışdı. 20 yanvardan sonra mən özüm Güney Azərbaycanda və burada olan dostlarımla “Qisas” təşkilatı qurmuşdum. Bakı şəhərindəki rus işğalçılarına qarşı silahlı mübarizə aparırdıq. Amma Yunus bəyin dediyi təşkilat 20 yanvardan xeyli əvvəl qurulmuşdu və dedikləri də düzdür. Orada təmsil olunan adamlar sonradan da Xalq Cəbhəsində rəhbər vəzifələrdə olurdular, amma bunu heç kim hiss eləmirdi. Yalnız Elçibəyin tapşırıqları yerinə yetirilirdi. O qruplar öz missiyalarını sona qədər davam etdirdilər. Elçibəy dünyasını dəyişənə qədər müxtəlif istiqamətlərdə işlər görülürdü. Bir qismi o zaman hərbi batalyonlarımızın silahlanması, bir qismi Güney məsələsi ilə bağlı fəaliyyət göstərirdi. Bir qrup maarifləndirmə, ziyalıları cəlb eləməklə məşğul idi, digər qrup sovet hərbiçiləri və polislərinə qarşı mübarizə aparırdı. Başqa bir qrup sovet ordusu zabitlərini satın və ələ almaqla məşğul olurud. Orta Asiya və Rusiyanın cənubundakı türklərlə işləyənlər də var idi”.

Arif Hacılının məsələyə münasibətinə gəldikdə isə Fərəc Quliyev belə deyib: "Fakt budur ki, Yunus Oğuzun dediyitəşkilat olub. Arif Hacılı o vaxt “Komsomol”da ruslara xidmət edirdi. Onun heç nədən xəbəri olmayıb, heç ola da bilməzdi. O, Zaqatalada komsomol işçisiydi, dünyadan xəbəri yox idi” – deyə, vurğuladı.

Elgün MƏNSİMOV
AzNews.az

Geri dön