Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb


İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

Ölkənin Kermanşah vilayətində 20-dən artıq təkrar təkan qeydə alınıb. Bu gün vilayətdə məktəb və universitetlər fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, İranın İraqla sərhəddə yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ qonşu ölkədə də böyük həyəcana səbəb olub. Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb, daha 45 nəfərin yaralandığı bildirilir.

02:19

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 420 nəfərə çatıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.

Ölənlər barədə məlumat daxil olmayıb.

01:08

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan yalnız 8-i xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

00:08

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ zamanı xəsarət alanların sayı 210 nəfərə çatıb.

Bu barədə Kermanşah vilayətinin qubernatoru Huşeng Bazvend bildirib.

“Vilayətin üç şəhərdən – Gilyanqərb, Qəsri-Şirin və Serpol-Zehabdan 210 nəfər xəsarət alıb. Ölənlər barədə məlumat daxil olmayıb”, - deyə qubernator qeyd edib.

Qeyd edək ki, Tehran Universitetinin geofiziki seysmoloji mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:07-də qeydə alınıb. Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.


Geri dön