Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Bildiriş > Beynəlxalq Əlillər Günü Abşeron rayonundakı “Məzun evi”ində də qeyd olunub
Beynəlxalq Əlillər Günü Abşeron rayonundakı “Məzun evi”ində də qeyd olunub |
Abşeron rayonunun Masazır kəndində yerləşən “Məzun evi”də Beynəlxalq Əlillər Günü münasibətilə tədbir təşkil edilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” sosial müəssisəsində dövlət uşaq müəssisələrinin məzunu olan 243 nəfər gənc ailə (492 nəfər) mənzillə təmin edilib ki, onlardan da 55-i əlilliyi olan insanlardır. Tədbir iştirakçıları əvvəlcə “Məzun evi”nin əlilliyi olan sakinlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışan icra başçısı İradə Gülməmmədova qeyd edib ki, Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ardıcıl addımlar atılır. “Ölkəmizdə dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” sosial müəssisəsinin fəaliyyət göstərməsi bunun əyani təzahürüdür”,- deyən İradə Gülməmmədova bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə kəndə iki yaşayış binası inşa edilərək qeyd olunan gənclərin istifadəsinə verilib və daha bir 120 mənzilli binanın yaxın günlərdə açılışı nəzərdə tutulub. “Məzun evi” sosial müəssisəsinin direktoru Rüxsarə Axundova qeyd edib ki, müəssisədəki digər şəxslər kimi, buradakı əlilliyi olan şəxslərin də məşğulluğunun təminatı üçün məqsədyönlü işlər görülür. Tədbirdə çıxış edən “Məzun evi”nin sakinləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduqlarını bildirib, yüksək diqqətə görə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Sonda “Məzun evi”nin əlilliyi olan sakinlərinə müxtəlif hədiyyələr təqdim edilib. Geri dön |