Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni saytlarının monitorinqi, aşkar olunan saxtakarlıqlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Erməni saytlarının monitorinqi, aşkar olunan saxtakarlıqlar

Erməni saytlarının monitorinqi, aşkar olunan saxtakarlıqlar


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası naminə xarici ölkələrdə elektron medianın rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ermənilərə məxsus 50-yə yaxın internet saytının monitorinqini aparıb.

Bu araşdırmanın əsas məqsədi ermənilərin internet məkanında Azərbaycanın və türk dünyasının əleyhinə həyata keçirdikləri təxribatları aşkarlayıb ifşa etməkdir.

Monitorinqə ermənilərə məxsus gündəlik xəbər portalları ilə bərabər birbaşa saxta təbliğat məqsədilə yaradılan internet resurslarıda daxil olub. Onu qeyd edək ki, araşdırmalar nəticəsində dəhşətli saxtakarlıqlar aşkar edilib. Əslində belə yalan məlumatlar haqqında həmişə danışılıb, yazılıb. Bəlkə də ermənilərin bu yazılarını ciddi qəbul etməyərək əhəmiyyət verməmək olardı. Ancaq heç bir sərhəd tanımayan internetdən dünyanın hər bir yerində istifadə edilir. Ermənilərin çox hiyləgərcəsinə yaydığı bu saxta məlumatlardan görün, nə qədər əcnəbi vətəndaş Azərbaycan haqqında səhv informasiyalar əldə edir. Bir maraqlı məqamı müşahidə etdik ki, ermənilərə məxsus nisbətən neytral mövqeyi olan internet mediasının özündə də qərəzçilik müşahidə olunmaqdadır.

Bir sözlə internet məkanı və bu resurslardan istifadə edən dünya ictimaiyyəti erməni saxtakarlığı ilə üz-üzə qalır. Təhrif olunan informasiyalar, qərəzli yazılar ermənilərə məxsus bu 50 saytda təkrar olunduğuna görə, onların hamısının adlarını və yazılarını təqdim etmirik. İndi yalnız onların bəzilərində gedən məqamları diqqətinizə çatdırırıq.

Baku.am saytı: Bu sayt vasitəsilə ermənilər nəinki Bakının tarixini, hətta bütün tarixi faktları, xüsusilə 1918-ci il hadisələrini tamamilə saxtalaşdırıblar. Görün, bu saxtalaşdırma hansı formada davam edib? Saytda göstərilir: “Qafqaz tatarlarının qeyri-qanuni hərbi dəstələri birləşdilər. Türk qüvvələri Bakı istiqamətində hərəkət etdilər. Beləliklə, sentyabrın 15-də erməni hərbi bölmələrinin və onların mütəffiqlərinin müqavimətini qırmaqla, türk-azərbaycanlı qüvvələri iki istiqamətdə Bakıya daxil oldular, Bakı işğal edildi”. Region və ümumiyyətlə, Bakı şəhərinin tarixi haqqında məlumatı olmayan əcnəbi bu saxtakar yazıları oxuyandan sonra düşünə bilər ki, Bakı qədim erməni şəhəridir.

Saxtakarlıığı davam etdirən Baku.am saytı daha sonra yazır: “Beləliklə, Bakı şəhərinin qəhrəmanlıqla müdafiəsi erməni hərbi tarixinə daha bir şərəfli səhifə əlavə etdi”.

Görünür, ermənilər 1918-ci ilin mart ayında və sonra dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımları, vəhşilikləri ermənilərin tarixi qələbəsi kimi qələmə veriblər.

Bundan əlavə ermənilər qədim Bakının tarixini, memarlıq abidələrini, neft şəhəri kimi inkişafını öz adları ilə bağlayaraq uğursuz cəhdlər ediblər.

Xocali.com saytı: Xocali.com əyləncə saytı kimi fəaliyyət göstərir. Burada ermənilər Azərbaycanın əleyhinə kifayət qədər şəkillər yerləşdiriblər. Onların başlıca məqsədi Xocalı adlı sayt vasitəsilə reallığı, acı həqiqətləri gizlətməklə öz çirkin planlarını gerçəkləşdirməkdir.

Bu məqamda erməni saytlarında yerləşdirilən Xocalıda erməni vəhşiliyini tam təsdiqləyən və onların özlərinin fəxrlə yazdıqları kitablardan iki faktı qeyd etmək yerinə düşər. Davuda Xeyriyan “Xaç üçün” kitabında yazırdı: “ Martın 2-də Qaflanermeni qrupu(cəsədləri yandırmaq ucun yaradılmış xususi qrup) axmaq moğullara (yəni, türklər) aid 2000 cəsəd yığdı və Xocalının qərbində onları biryerə toplayaraq yandırdı. Son yük maşınında mən təxminən 10 yaşında bir ...qız uşağı gördüm, qız boynundan və əlindən yaralanmışdı. Soyuğa və aclığa baxmayaraq uşaq yaşayırdı. Mən heç bir zaman ölümlə mübarizə aparan bu qızın gözlərini unutmayacam. Daha sonra biz onu da yandırdıq”.

Zori Balayan “Ruhun canlanması” kitabında yazıb: “Vətəndaşlıq və kişilik vəzifəsi kimi məndə Moğul dölünə (yəni, türklərə) işgəncə verdim…. Bizim əsgərlər çox səs çıxarmaması üçün uşağı dırnaqlarından pəncərənin şüşəsinə mıxlamışdılar. Xaçatur uşağın anasının kəsilmiş döşlərini onun ağzına soxdu. Daha sonra mən 13 yaşlı bir türk uşağının sinəsinin və qarnını yardım.Uşaq 7 dəqiqə sonra qan itkisindən öldü. Mən həkim olduğum üçün uşağa etdiyimdən xoşbəxt olmadım. Ancaq qəlbimdə böyük bir sevinc vardı”.

Ararat Online.ru internet saytında erməni tarixi bölməsində (ИСТОРИЯ АРМЕНИИ) bir daha erməni xəstəliyinin şahidi oluruq. Saytda göstərilir ki, bu regionun ən qədim xalqı və mədəniyyət daşıcıyısı məhz ermənilərdir. Onlar bütün tarixi mənbələri çox hiyləgərliklə saxtalaşdırmağa cəhd göstəriblər. Ermənilərin “Böyük Ermənistan” xəstəliyi burada daha biabırçı şəkildə təqdim olunaraq və heç bir elmi sübutlara əsaslanmayıb. Onlar tək Cənubi Qafqaza, qədim Azərbaycan torpaqlarına deyil, bütün yaxın qonşu dövlətlərin ərazisinə, həmçinin Misirə qədər olan ərazilərə torpaq iddiaları irəli sürürlər.

Ararat Online.ru internet saytının həmin bölməsinə diqqət yetirəndə bu qənaətə gəlmək olar ki, əgər Şimal Buzlu Okeanında yaşayış mümkün olsaydı ermənilər ora da iddia qaldıracaqdılar. Saytın həmin bölməsində qədim erməni dilindən söhbət açılır. Dünyanın ən tanınmış dilçiləri dəfələrlə tutarlı faktlarla sübut ediblər ermənilər başqa millətlərin torpaqlarına, maddi- mənəvi sərvətlərinə həmçinin dillərinə təcavüz edərək öz dillərini formalaşdıra biliblər. Hətta bu gün onların leksiondakı sözlərin böyük əksəriyyətini əcnəbi sözlər təşkil edir. Bu yerdə bir faktı qeyd etmək yerinə düşər. Erməni ədəbiyyatşünas alim, akademik Manuk Abeqyanın etirafları diqqəti cəlb edir: “...erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib... Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”.(“Erməni ədəbiyyatı tarixi” Yerevan 1975)

Сумгаит.инфо internet saytı bütünlüklə 1988-ci il Sumqayıt hadisələrini saxtalaşdırıb. Həmin hadisələrin birbaşa icraçısı və təşkilatçılarında biri olan Eduard Qriqoryan haqqında heç bir məlumat verməyərək əsas faktları tamamilə təhrif ediblər.

Həqiqət isə belədir: 1988-ci ildə Sumqayıtda baş verən dəhşətli, qanlı hadisələr məharətlə ölçülüb-biçilmişdi. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı, sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla ermənilər “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi üçün daha bir addım atmışdılar.

Daha sonra Сумгаит.инфо saytı hətta Xocalı faciəsi haqqında saxta məlmatlar yayaraq yazır: “Fakt faktlığında qalır. Xocalı hadisələri zamanı qətlə yetirilənlər Ağdamın yaxınlığında azərbaycanlıların nəzarət etdiyi ərazidə baş verib”

Görün, çoxda uzaq tarix olmayan XX əsrin ən dəhşətli faciəsi sayılan Xocalı soyqırımını bu saxtakarlar necə təhrif etməyə çalışırlar.

Xəritələr haqqında saxtakarlıqlar

http://www.armnet.ru saytı: Ermənilərə məxsus bu saytda qonşu ölkələrin xəritələri və əraziləri haqqında məlumat verilib.

Карта Армения bölməsində Azərbaycanla bərabər Gürsüstanın, Türkiyənin, İranın əraziləri Errnənistan ərazisi kimi təqdim olunur. Bu məqama həmin dövlətlərin ictimaiyyəti də çox həssaslıqla yanaşmalıdırlar. Çunki ermənilər adı çəkilən ölkələrə də torpaq iddiasındadırlar.

azerichild.info saytı: Ermənilər keçən dovr ərzində daha bir hiyləgər addım atıblar. Belə ki, onlar azerichild.info adlı sayt yaradıblar. Layihə çərçivəsində Azərbaycanda nəşr olunan tarix dərslikləri, uşaq ədəbiyyatı, uşaq publisistikası, telekanal və internetdə bununla bağlı nümunələr “araşdırılıb”. Araşdırma zamanı ortaya çıxıb ki, guya həmin nümunələrdə ermənilər barədə “ermənilərin çirkin və həyasız ”, “mənfur düşmən” kimi ifadələr işlənib.

Buradan təbii olaraq belə fikir yaranır. Xocalı faciəsini törədənlərə, yüzlələrlə dinc azərbaycanlıları amansızlıqla qətlə yetirilənlərə, digər dəhşətli faciələrə imza atanlara mənfur düşmən ifadəsi, ermənilərin həyasız iddiaları kimi fikirlər bəlkə də çox yumşaq ifadələrdir.

Ermənilər hər fürsətdə Azərbaycanın və Türkiyənin tarix dərsliklərində düşmən obrazının yaradılması ilə bağlı iddialar səsləndirirlər. Son olaraq yaratdıqları bu saytla isə yalanlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırlar.

Təkzibolunmaz faktlar bir daha təsdiqləyir ki, erməni dərslikləri uzun illərdir qisas almaq vasitəsinə çevrilib. Araşdırmalar bunu bir daha təsdiqləyir ki, dünyada ermənilər öz uşaqlarını qonşu xalqlara nifrət ruhunda böyüdürlər. Onlar beşikdən uşaqlara “türklər sənin düşmənindir”, “türk sənin qanını içib” deyə təbliğat aparırlar. Bu ermənilərin tarix dərsliklərində də türklər və Azərbaycan barədə “gəlmə türklər”, “vəhşi türklər”, “vandalizmin vətəni” kimi ifadələr işlənir. Konkret fakta gəlincə, erməni tarixçisi Moisey Xorenlinin yazdığı “Erməni tarixi” kitabında türklər haqqında nifrət dolu fikirlərə rast gəlinir.

www.Genocide.ru saytı: Bu saytda ermənilər köhnə bayatılarını təkrarlayıblar. O qədər təkrarlayıblar ki, sanki bu yalanlar qarşısında dünya çaş-baş qalıb. Axı bütün bu saytların hamısını dağıtmaq və yaxud qapatmaq mümkün deyil. Bu saytda söhbət yalnız 1915-ci il hadisələrinin təhrifi ilə bitmir. Başabəla ermənilər hətta XVIII-XIX əsrlərdə, nüxtəlif dövrlərdə rus-türk müharibəsi zamanıda soyqırıma məruz qaldıqlarını uydurublar.

Bu yerdə bir faktı qeyd etmək istərdik. Tanınmış mütəxəssis Levon Dabeqyan ermənilərin iddialarını mənitiqlə cavablandırır: “Ermənilər öz milli varlıqları üçün birbaşa ... türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, onda erməni adı ancaq tarix kitablarında saxlana bilərdi”.

Vikipediya-da erməni saxtakarlığının ən geniş məkanlarından biridir.

Vikipediyada Azərbaycana qarşı təbliğat maşını səngimək bilmir və bu səbəbdən iftira dolu yazıların sayı hesabı yoxdur. Burada yalnız siyasi mahiyyətli deyil, həmçinin mədəniyyətlə, incəsənətlə, ədəbiyyatla və s. haqqında ermənilərin saxta yazılarına rast gəlinir.
"Literatura Azerbayjan" məqaləsində isə XV əsrə qədərki dövrdə indiki Azərbaycan ərazisində yalnız erməni və fars ədəbiyyatının inkişafından danışılır .

Vikipediyada rus dili versiyasında Армянский Кеман bölməsində Azərbaycan xalqına məxsus bir sıra musiqi alətləri o cümlədən kamançanın ermənilərə məxsus olması barədə cəfəng fikirlərə rast gəlinir.

Ancaq fakt faktlığında qalır. Azərbaycanın görkəmli misiqiçisi, kaman ustası Habil Əliyev öz ifaları ilə bütün dünyaya sübut edib ki, kamança Azərbaycan xalqının milli musiqi alətidir.

Vikipediya-da və digər internet resurslarında ermənilərin daha bir saxtakarlığı arxeoloji qazıntılar və tarixi abidələr barəsindədir.

Ermənilər Azərbaycanın işğal olunmuş Ağdam rayonunda “arxeoloji qazıntılar” aparıblar. Aparılan qazıntılar zamanı qədim Azərbaycan tarixi, o cümlədən Qafqaz Albaniyası ilə bağlı maddi-mədəniyyət nümunələri vəhşicəsinə dağıdılıb. Erməni arxeoloqlarının Ağdamda apardıqları qazıntıların məqsədi qondarma "Arsax"ın, guya, e.ə. I əsrdə Ermənistanın tərkibinə daxil olması barədə mifi təsdiq etmək cəhdi durur. Erməni arxeoloqları bildiriblər ki, guya Ağdamda apardıqları qazıntılar zamanı erməni dövlətçiliyinin qədimliyini təsdiq edən yazılı və arxeoloji sübutlar əldə ediblər. Buna əsasən də, guya, "böyük" Tiqranın "Artsax"da əsasını qoyduğu Tiqranakert şəhərini müəyyən edə biliblər.

Ermənilərin Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasəti hər zaman olub. Aydın məsələdir ki, ermənilərin bu gün də davam edən dağıdıcılıq siyasəti Azərbaycan mədəniyyətinə zərbə vurmaq məqsədi daşıyır. Bu siyasət Azərbaycana məxsus tarixi abidələrin məhvinə yönəlmiş uzunmüddətli hədəflərdir.

Bir vacib məqamıda qeyd etməliyik ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalıqları, tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması faktı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Təəssüf ki, erməni nə konvensiya tanıyır, nə də beynəlxalq hüquq.

Erməni saxtakarlığını ifşa etmək məqsədilə apar;lan tədqiqatlar haqqında ətraflı məlumat Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin www.fact-info.az saytında yerləşdirilib.

Geri dön