Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > RUHUNA AŞİQƏM, QADIN!
RUHUNA AŞİQƏM, QADIN! |
Özümüz kasıb olsaq da, zəngin xəyallarımız var...dı...
(şeir-esse-hekayə) Bir soyuq qış günü... Məni isidən yalnız səni düşünmək, Bir də borca aldığım odunun yanan közüdür... Arzumuzun özüdür həsrətimiz, Eşqimiz, məhəbbətimiz bax bu qədər sadədir, Amma özəl duyğular Və bütün istəklərimiz Nə səndən uzaq, nə də Səndən ötədir... İşıq saçır sevgimiz Təki yanan şam. Mən səninlə hər səhər, axşam Sanki nahar edirəm Xəyal süfrəsində, bil, Maaşımın hər qəpiyitək Əzizsən mənə və qorxuram, Bilməm nədən, Bəlkə sənsizlikdən?! Yox, azacıq məvacibimin bitməyi kimi Sənlə olan sevgimiz də bitər birdən, Gedər uzağa, gedər məndən... Bəlkə bu gün sənə istədiyin nəisə, Arzuladığın əşyanı, Dilədiyin bircə paltarı Almağa gücüm çatmaz, Amma unutma ki, Bütün qışı, soyuğu Səni isidəcək, elə ikimizi də Şaxtadan qoruyacaq Dağ başında, dərədə Bir şirin daxmamız var... Gəl, Əl-ələ verək, yaşayaq bu daxmada, Bəli ışığımız olmasa da, Balaca bir şamımız, Baş üstündə damımız, Bir də gözəl süfrəmiz var, Üstündə duz-çörək və də sevgimiz... Düzdür, bir az çətindir Cırıldayan və bir qədər paslanmış Yataqda yatmaq. Bəli, böyük əziyyətdir Qara, nəmə, palçığa dözmək, Amma ruhumuz var, Şükür Tanrıya, Bir qədər azuqəmiz, Meşoxda kartof, soğan. Lakin elə bu deyilmi, Əsl sevgi sınağı?! Yaradandan gizli yox, Səndən nə gizlədim mən, Aylığım bir az una, Bir parça şokolada Və bir az südə çatar ancaq... Sənlə elə şirindir Özəl xəyallarımız, Bir daxmada olsaq da, Gözəl arzularımız var...dı... Bəli, vardı, çünki Lənətə gəlsin hər şey, Sən sətəlcəm olanda Çatmadı pul dərmana, Nə də həkimə, Pulsuz heç nə etməyən o zalıma... İndi məzar başında ağlamaqla doyuram, Sanki şirin su kimi, sanki bulaqdır mənə Səni düşünüb qəmlənmək, Amma yenə Qayıdıram daxmaya, əlimdə ucuz şərab Və də zavod çörəyi, Gecə soyuqdan dona-dona Qucuram sən qoxan Nimdaş balıncı və pıçıldayıram içimdə: “Ruhuna aşiqəm, qadın, Sanki getməmisən sən, Çünki xəbərin yoxdur, Getdiyini sanaraq, Bu evdən qıraq, Elə bu evdə qalmısan, Hopub nəm tək, soyuq tək Artıq mən olmusan sən...” Elşən İsmayıl: Kasıb olanda nə olar ki, sevməyək?! Geri dön |