Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Göyərtilər: ağız dadı və şəfa mənbəyi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Göyərtilər: ağız dadı və şəfa mənbəyi

Göyərtilər: ağız dadı və şəfa mənbəyi


Təbii qida kimi göyərtilər çox faydalıdır. Onlardan istifadə edilməsi xörəyə dad verməklə yanaşı, müalicəvi təsir də göstərir. Bəzən Qafqaz xalqlarının uzunömürlüyünü göyərtidən çox istifadə etməklə əlaqələndirirlər.

Göyərtilərin hər birinin özünəməxsus üstünlükləri var.

Məsələn, sarımsaq yemək dilin üstündə olan ərpi aparır. Arterial təzyiq zamanı sarımsaqla yanaşı tərxun yeyilməsi də çox faydalıdır. Ur və köp zamanı şüyüd yeyilməsi məsləhətdir. Qida qəbulundan dərhal sonra mədədə şişkinlik əmələ gəlirsə, xörəyi keşnişlə yemək lazımdır. Keşniş, eyni zamanda, əsəbləri sakitləşdirir.

Ağız qoxusuna qarşı çoxlu cəfəri yemək məsləhət görülür. Cəfəri iyi qovmaqla yanaşı, qanı qatılaşdırır. Onun tərkibində olan K vitamini qanaxmaya meyilli olanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalı təsir göstərir.

Böyrək və öd daşından əziyyət çəkənlərin kərəvizdən istifadə etməsi məsləhətdir. Kərəviz şiş xəstəliklərinin müalicəsində də istifadə edilir, hər gün onun şirəsindən bir stəkan içmək çox xeyirlidir.

Geri dön