Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “7 DEKABR” ADR PARLAMENTININ ILK YIĞINCAĞI VƏ QANUNİ TƏSBİT OLUNMASI GÜNÜDÜR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > “7 DEKABR” ADR PARLAMENTININ ILK YIĞINCAĞI VƏ QANUNİ TƏSBİT OLUNMASI GÜNÜDÜR

“7 DEKABR” ADR PARLAMENTININ ILK YIĞINCAĞI VƏ QANUNİ TƏSBİT OLUNMASI GÜNÜDÜR


ADR 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-dəkeçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi - 28 may və 15 sentyabr (1919-cu ildə) tarixlərində müvafiq olaraq Azərbaycanın İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümləri münasibətilə; dördü təntənəli 12 mart, 1919-cu il və 12 mart 1920-ci illərdə Böyük Rus İnqilabının 2-ci və 3-cü ildönümləri; 27 iyun, 1919-cu il Azərbaycanla-Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar, 1920-ci il Paris sülh konfransıiştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə keçirilmişdir. İkisi isə fövqəladə vəziyyətlə bağlı - 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstanla-Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə keçirilmiş iclaslardı. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və sair məsələlər müzakirə olunmuşdur.[8]

Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun-qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Geri dön