Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Təhsil Nazirliyi: Azərbaycanda müəlliflər daha çox yüksəktirajlı dərsliklərin hazırlanmasına maraq göstərirlər
Təhsil Nazirliyi: Azərbaycanda müəlliflər daha çox yüksəktirajlı dərsliklərin hazırlanmasına maraq göstərirlər |
Azərbaycanda nəşriyyatlar və müəlliflər daha çox yüksəktirajlı dərsliklərin yazılması və hazırlanmasına maraq göstərirlər. Bunu Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə deyib.
"Azərbaycanda müəllif və nəşriyyatların marağı o vaxt üst-üstə düşür ki, həmin vəsaitin tirajı çox olur. Nəşriyyat üçün kitab hazırlanması və çapı bir layihədir. Hər bir layihədə də maliyyə marağı var. Layihənin büdcəsi çox olduqda ona maraq böyük olur", - Kazımzadə bildirib. O qeyd edib ki, musiqi, fiziki tərbiyə üzrə dərsliklərin tirajı o qədər də çox deyil. Buna görə də həmin dərsliklərə maraq göstərən nəşriyyatlar azdır. Kazımzadənin sözlərinə görə, Azərbaycanda dərslik yazan namizədlərin sayı, eyni zamanda nəşriyyatların dərslik hazırlanmasına marağı artıb. Şura sədri bildirib ki, bəzi illərdə müəyyən fənlər üzrə dərsliklərin hazırlanması üçün tenderlərin keçirilməsi baş tutmurdu. Çünki tenderdə iştirak üçün təqdim edilən dərsliklərin sayı 3-dən az olurdu. "Amma indi maraq artır. Azərbaycanda artıq dərsliklər də yalnız bir müəllif tərəfindən yazılmır. Artıq bir alim tərəfindən bir dərsliyin yazılması dövrü ötüb keçib", - Kazımzadə qeyd edib. O, hesab edir ki, nəşriyyatlar ixtisaslaşsa, yəni onlar müəyyən sahə üzrə dərsliklər hazırlasa, daha yaxşı olar. Geri dön |