Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > GERİ DÖNMƏYƏNLƏR
GERİ DÖNMƏYƏNLƏR |
(3 hissəli milli-ideoloji, dramatik hekayə)
"AFRİN" ƏMƏLİYYATINA, "APREL DÖYÜŞLƏRİ"-NƏ, CÜMHURİYYƏTİMİZİN VƏ AZƏRBAYCAN ORDUSUNUN YARANMASININ 100 İLLİYİNƏ, TÜRKİYƏ VƏ BÜTÜN TÜRK DÜNYASI DÖVLƏTLƏRİNİN GƏLƏCƏYİ, TURAN BİRLİYİNİN VARLIĞI NAMİNƏ ÜMUMMİLLİ BİRLİYİMİZƏ HƏSR OLUNUR... ÜÇÜNCÜ (FİNAL) HİSSƏ “TÜRK ÜÇÜN SAVAŞ BİTMƏZ!” İKİNCİ HİSSƏNİN SON ABZASI: Bütün bu qarışıq cansıxıcı olaylara sonda biri də əlavə olunacaqdı ki... Mete və onun igid komandası vaxtında müdaxilə etməyi bacardılar... “Allahu-Əkbər” sədaları altında yeni dini radikal qrup sərhəddəki bir Türk kəndinə soxulmuşdu... Hadisə tam olaraq belə baş verdi... Hələ fəqir kənd əhli yuxudaykən... Gecə yarısı Xəzərdə bir adada – gizli toplantı məkanında toplanan Türk Dövlət Başçılarının xüsusi nümayəndələri baş verənlər haqqında narahatçılıqlarını, mövcud vəziyyət və gələcək planlar barəsindəki dərin fikirlərini bir-biriylə bölüşürdülər. Bəli. Mete Aydının komandiri Kürşad Ercan da oradaydı və Türkiyəni təmsil edirdi. Toplantı bitdikdən sonra oradan ayrıldığı zamansa öyrəndiklərindən dəhşətə gəlmiş və düşmənə olan dərin nifrəti birə-min artmışdı. Çünki bir neçə saat əvvəl düşmənin yüzlərlə terrorçu qrupları Yaxın Şərqdə bir Türk kəndinin bütün əhalisini qırmışdı, həm də uşaq, qoca demədən... İkinci xəbər daha maraqlı və qorxunc idi, sən demə rus və fars agentlərinin bir də Qərb dəstəkçisi varmış. Bəzi araşdırma-hesablama əməliyyatları onun məhz ingilis diplomatı olduğunu çözsə də, adının və şəxsi kimliyinin nə olduğunu tapa bilməmişdi. Bu barədə xeyli düşünən Kürşad, Metenin dəstəsindən başqa bir dəstəni sırf o ingilis agentini tapmaq üçün təlimatladırdı... İki gün sonra Mete Aydın və dəstəsi Kürşadın əmriylə İranın bir sərhəd rayonuna xüsusi hərbi əməliyyata getdi. Metenin dəstəsində olan dörd Türk əri həmişəkindən fərqli olaraq bu dəfə daha çox qəzəbli və qətiyyətli idi. Sanki bir dəstə qurd onlarla çaqqal sürüsünü parçalamağa gedirdi. Bəli. Düşməni ancaq belə adlandırmaq olardı: “çaqqal”... Dəstənin Metedən sonrakı əsas üzvü Azərbaycandan olan Səlahəddin Əyyubov idi. O, yaşca Metedən bir qədər böyük olsa da, hərbin qanunlarına ciddi əməl edərək heç vaxt, heç bir halda Metenin əmrlərindən kənara çıxmırdı. Digərləri ona hörmətlə “böyük qardaş” desələr də, hər dəfəsində mülayim bir gülümsəməylə: “Orduda böyük qardaş olmaz, bəylər, orduda əsgər və komandir ifadələri var!” - deyərək, işinə, canı qədər sevdiyi və müqəddəs hesab etdiyi ailəsindən ayrı saymadığı yoldaşlarına cavab verirdi. O, soyca Qərbi Azərbaycanlı olsa da, həyatında heç bir zaman heç bir işdə yerlipərəstlik etməmiş, daima vətəni Azərbaycanı bütöv görmüş, vətənin hər qarış torpağı üçün canını belə verməyə hazır olan hərbi kəşfiyyatçı idi... Evli olması da onu komandada digərlərindən fərqləndirirdi. Ancaq mövzu düşəndə böyük dəyanətlə: “Mən buraya vətənə xidmət etməyə gəlmişəm. Bu iş haradasa eyni zamanda ailəm üçündür. Gələcək nəslimin və bütün xalqımızın daha yaxşı və firavan yaşaması üçün bu gün gec olmadan düşməni məhv etməliyik! Qoy mən bu yolda şəhid olum, amma məndən sonra gələnlər başları üstündə qara buludları deyil, Qutlu Mavi Göyü görsünlər!” - kimi ifadələrlə yoldaşlarına ürək-dirək verirdi... Səlahəddindən sonrakı üzv Qazaxıstan nümayəndəsi, Qıpçaq igidi Arslan Baytemirov (Bəy-dəmir-ov) idi. Cüssədə digərlərindən daha canlı və möhkəm idi. Dostları bəzən ona zarafatla “Div!” deyə ləqəb qoşardılar. O isə belə anlarda əsla üzülməz, yoldaşlarına tarixdən misallar çəkərək Çingiz Xanın, Metenin, Atillanın və digərlərinin necə nəhəng bədənli olmasından danışardı. Bəli. Elə bu zaman Səlahəddin də hazırcavab davranaraq Böyük Səfəvi Şeyxi-Şahı Şah İsmayılın, onun nəslinin, Ağqoyunlu Həsən Padşahın da iriyarılı olmasını misal çəkərdi... Sonrakılar Şimali Kiprdən olan, işıldayan mavi gözləri və sarı say saçları olduğuna görə dəstənin ən yaraşıqlısı sayılan, hobbisi rəsm və musiqi olan Erkan Kağantürk və uzaq Sibirdən Yakut Türkü Ulgen (Ülgən) Tumanov (Duman-ov) idi. Erkan dəstənin ən sevimlisi və tez-tez dərdləşdiyi bir şəxs idi. Çünki incəsənətə olan böyük marağı onu digərlərindən daha canayaxın və humanist, səbirli adam etmişdi. Amma buna baxmayaraq hərbi əməliyyatlarda düşmənə qarşı olduqca amansız və soyuqqanlı davranırdı. Bunu da belə açıqlayırdı: “Savaş zamanı hərb qanunları keçərlidir və özünü əsgər sayan hər kəs hislərini, şəxsi düşüncələri bir yana buraxıb işinə məsuliyyətlə və diqqətlə yanaşmalıdır!” Sırf bu xüsusiyyəti onu rəhbərliyin sevməsinə əsas səbəb idi... Ulgen Tumanov isə dəstənin ən peşəkar snayperi və xəritəşünası idi. Dini inancı səbəbindən təbiətlə geniş bir bağı olan Yakut əri getdiyi hər əməliyyatda xüsusi bacarığını göstərərək qısa bir zamanda dəstənin düşmənin real gücünü müəyyənləşdirməsinə və hava şəraitinə görə davranmasına kömək edirdi... Dəstənin hər üzvünün dini inancı fərqli idi. Ancaq onlar heç bir zaman bir-biriylə bu barədə müzakirələr etmir və bir-birilərinə qanı bir, canı bir qardaşları kimi baxırdılar. Mete Aydın Tək Tanrıçı (Göy Tanrı inancı), Səlahəddin Əyyubov şiə müsəlmanı, Arslan Baytemirov sünni müsəlmanı, Erkan Kağantürk xristian, Ulgen Tumanov isə Şamanist və bir azda Buddist idi (onun inancına görə bütün Şərq dinləri bir-biriylə əlaqəli idi, xüsusilə Budda təlimi ondan daha qədim olan Şamanizmdən qaynaqlanırdı). Metenin fikriylə Ulgenin fikri haradasa uyğun idi, çünki o da düşünürdü ki, bütün dinlər Uca Yaradanın – Tək Tanrının ədalətinin carçısıdır! Ona görə, zamanla insanların şəxsi düşüncəsi və yaşayış tərzi üzündən ayrılmış və fərqli dinlərə çevrilmiş inanclar nə vaxtsa yenidən birləşəcək və insanlar daha bir-biriylə məzhəb və təriqət savaşı aparmayacaqlar (təbii ki, bundan ötrü şeytan xislətli düşmən tamamən məhv edilməlidir, çünki bütün din savaşları məhv onların “parçala-hökm sür!” siyasətinin nəticəsidir)... Əməliyyat zamanı dəstəyə ağır itki üz verdi. Düşmənin hiyləsini, qurduğu tələni kifayət qədər hesablamayan və son zamanlar baş verən hadisələrin stressindən qurtulmadan əməliyyata gedən dəstə bir terrorçu qrupun ələ keçirilməsi əməliyyatı zamanı (hesablamalara görə məhz bu dəstə rus agenti “Saşa” ləqəbli Aleksandr Kremakovun və fars agenti “Mirzə” ləqəbli Məniçöhr Gilaninin dəqiq yerini bilirdi) tələyə düşdü. Çünki düşmən öncəki əməliyyatlardan sonra hədəfin kimlər olduğunu anlamışdı. Ona görə, Türk Kəşfiyyat Qrupunun məhv edilməsi üçün əlindən gələni etdi. Hadisə elə tərzdə baş verdi ki, nə Mete nə digərləri onlara qurulan oyundan baş aça bilmədilər: deməli hücum əmri gözləyən dəstə terrorçuların gizləndiyi evə doğru gələrkən yolda yaralı halda bir körpə qız uşağı gördülər, olduqca ciddi və dövlət əhəmiyyətli bir əməliyyatda olmalarına baxmayaraq Türk igidlərinin vicdanı və ürəklərindəki insan sevgisi onların bir neçə dəqiqə yubanmasına (uşağın ən yaxın xəstəxanaya çatdırılması zamanı sərf olunan vaxt) səbəb oldu, iyrənc fikirlərlə, məkrli planlarla Türklərə tələ qurmağa hazırlaşan düşmən üçün də bu yetərli idi... Əməliyyata davam edərkən düşmən silahlıları ən birinci Ulgeni, sonra Erkanı əsir aldılar, onları xilas etməyə çalışan Arslan isə dəstənin ilk şəhidi oldu. Düşmən onu xaincə arxadan güllələdi. Mete dərin bir çuxura düşdü və ən azı yarım saat oradan qurtula bilmədi. Səlahəddin isə düşmənin 20-dən çox silahlısını öncə avtomatla, sonra tapança və bıçaqla öldürdü. Sonda çarəsiz qaldığı və düşmənə olan nifrətini qusmaq istəyi üçün bir əl qumbarasıyla irəli yürüyərək ən az 5 düşmən silahlısını gəbərtdi. Və bu an yaxınlıqdakı yaşayış evlərinin damlarında gizlənən erməni əsilli iki snayper dayanmadan atəş açaraq Səlahəddini ağır yaraladılar. Mete çuxurdan xilas olub gələndə düşmən artıq Erkanı da bir ağacdan asaraq şəhid etmişdi. Ulgen isə tutulduğu yerdən qaçmağı bacardı və əlbəyaxa döyüşdə iki terrorçunu öldürdü. Üçüncü isə onu qarın nahiyəsindən bıçaqladı. Mete yetişənə kimi çoxlu qan itirdiyi üçün halsızlaşan Ulgen, Metenin bir düşmən pulemyotunu ələ keçirib yerdə qalan bütün terrorçuları cəhənnəmə vasil etdiyi görə-görə sevincək halda gülümsədi və sonda canını Ana Təbiətə bağışladı... Hər şey bitdən sonra can verməkdə olan Səlahəddinin yanına gələn Mete dərin hüzn və yalvarıcı baxışlarla onu qucağına aldı. Dayanmadan elə hey bu sözləri təkrar edirdi: - Ölmə, qardaş! Ölmə! Bax hər şey bitdi. Gəbərtdiyim son terrorçudan “Mirzə”-nin və digərlərinin də yerini öyrəndim. Səninlə birlikdə gedib onların da canını alacağıq! Tanrı haqqı üçün ölmə! Yavaş-yavaş nəfəsi daralan Səlahəddin dostuna, komandirinə belə cavab verdi: - Dünən yuxumda Həzrəti Əlini (ə.s.) gördüm qardaş! Bilirsən nə deyirdi O Müqəddəs, deyirdi ki, hazırlaş, Səlahəddin, sənin zamanın yetişib, vətən üçün, Haqq üçün, inancın üçün şəhid olmalısan!... Sonra rəhmətlik atamı gördüm, o da məni yanına çağırırdı... Məni bağışla, amma artıq vaxtdır, getməliyəm! Sənə bir qardaş kimi, körpə qızımı və ailəmi əmanət edirəm! Bilirəm, sən Allah adamısan, əmanətimə xilaf çıxmazsan! Xahiş edirəm, qızımı oxut! Oxut ki, öz tarixini, milli kimliyini, Türklüyünü anlasın, yaxşı bilsin! Və böyüyəndə hər hansı sahədə çalışmasına baxmayaraq yolumuzu – Qutlu Davanı davam etsin! Allah səndən razı olsun, qardaş! Həzrəti Əli (ə.s.) köməyin olsun! – deyərək, Metenin qollarında canını tapşırdı. Bir müddət yaşadıqlarından özünə gələ bilməyən Mete Aydın iki həftə sonra Təşkilatın da köməyilə Tehrana yola düşdü. Bu dəfə ona kömək üçün yeni güclü bir komanda müşayiət edirdi... Tehranda öz malikanəsində fahişləriylə əylənən Məniçöhr Gilaninin Metenin yaşamasından və Türklərin yeni hücumundan xəbəri yox idi. Həm şəhid olanların kəfin-dəfn mərasimi, həm də yeni hücum planlarının müzakirəsi üçün Təşkilat bir qədər yubanmışdı. Amma Kürşadın əmrində olan dəstənin gərəyindən çox yubanmasının səbəbi məlum idi. Olduqca ağıllı bir komandir olan Kürşad Ercan bir müddət sakit qalıb düşməni ürkütmədən öz planlarını həyata keçirməyə başlamışdı. Və deyəsən gün o gün idi ki, məhz indi qəfildən nəzarət kameralarının izləmə otağındakı adamlarının təlaşlı səsi “Mirzə”-ni əyləncəsini vaxtından əvvəl bitirməyə vadar etdi və öz otağındakı monitoru açaraq (eyni zamanda bu otaqda da aparat qurulmuşdu və aradabir o, öz işçilərinə nəzarəti buradan edirdi) çölə baxdı. Gördüyündən bir anda dəhşətə gəldi. Bu zaman onun əyləncə malı olan qadınlar və kamera otağındakı nəzarətçilər bərk qorxduqları üçün hazırlaşıb arxa qapıdan qaçdılar. Düşdüyü vəziyyətin şokundan və adamlarının fərasətsiz davranışından başını itirən Məniçöhr sadəcə onların arxasınca bir neçə ağır söyüş söydü. Monitorda Mete Aydının gəldiyini görüncə isə təlaşlanaraq (qərargahın ərazisində onlarla silahlı adamlarının olmasına baxmayaraq) dərhal “xüsusi telefonunu” seyfdən çıxardı və rəhbərliklə əlaqə yaradıb kömək istədi. Amma hər zamanki kimi “Tehran rejimi” dara düşən adamının arxasınca gəlmək fikrində deyildi. Odur ki, müxtəlif bəhanələrlə onun fəryadlarına məhəl qoymadılar. Son çarəni otaqdakı gizli qapıdan qaçmaqda görən fars agenti elə yenicə qapıya yönəlmək istəyirdi ki, bir də nə görsə yaxşıdır, haradan gəldiyi bəlli olmayan və onun adamlarını bir-bir cəhənnəmə vasil edən güllələrin sahibi, Türk dünyasının hər elindən xüsusilə seçilmiş olan igidlərdən toplanılmış yeni “Alpərən” timi bir göz qırpımında peyda oldu (gizləndikləri yerdən açıqlığa çıxdılar) və ərazidəki bütün fars silahlıları qəfil hücumla gülləboran edildi. Ardından bir neçə saniyə keçməmiş, elə həmin gizli qapıdan xüsusi hərbi geyimdə (başında mavi bərə və sinəsində “Bozqurd” nişanıyla) içəri Mete Aydın daxil oldu. Onu görcək qorxudan şalvarını isladan Məniçöhr Gilani Metenin ayaqlarına düşərək yalvarmağa başladı: - Qüdrətinə qurban olum, ey Türk! Atam, anam sənə peşkəş, yalvarıram, məni öldürmə, nə istəsən verərəm! Hər zamankı məğrurluğunu qoruyub saxlayan Türk əri fars agentinə doğru kinayəli tərzdə gülümsəyib onu ayağıyla kənara itələdi. Gilani otağın ocaq tərəfinə doğru diyirləndi. Son çarə - qarşısında gördüyü oddan qızmış olan maşanı götürmək olsa da, Mete ona macal verməyib onu əlindən güllələdi. Məniçöhr arvad kimi bağıraraq yalvarmağa davam elədi: - Bilirəm nə istəyirsən. Bil ki, sənə onu verəcəm. Yetər ki, məni öldürmə. Mete nifrətli baxışlarla düşmənə doğru baxaraq cavab verdi: - Səndən mənə heç nə lazım deyil, fars köpəyi! - Yalvarıram. Ayağının altında ölüm, nə olar məni öldürmə. Sənə Kremakovun yerini də, onun və rusların Şərqlə bağlı planlarını da deyərəm! – ölməmək üçün hər şeyə hazır olan fars dayanmadan Türkə yalvarırdı. - Lazım deyil! Mən hər şeyi çoxdan öyrənmişəm! Narahat olma, bu saat qardaşlarımız onun da payını verməkdədirlər. Mən buraya sadəcə sənin acınası halına baxmağa və dəhşətli sonunu izləməyə gəlmişəm! – deyə, Mete Aydın bir anda yerdən maşanı alaraq Məniçöhr Gilanini başından vurdu və davam etdi – siz farslar, min ildir başınıza nə gəlsə də, fahişə ruhunuzdan əl çəkmirsiniz. Və belə baxıram Məhşərə qədər də dəyişməyəcəksiniz! Sonunuz isə hər zaman olduğu kimi biz Türklərin əlindən olacaq – onun başından tutaraq ocaqda yanan oda doğru basdı. Mete otaqdan çıxanda fərqinə vardı ki, masanın üzərində keçmiş Əhəməni və Sasani imperiyalarının xəritələri var. Acı-acı gülərək onları da büküb çığıra-çığıra yanan Məniçöhr Gilaninin üstünə atdı. Beləliklə fars agenti öz çürük ideologiyasıyla birlikdə yanıb kül oldu... Dağıstan... Bir kənd yerində gizli evdə gizlənən Aleksandr Kremakov qısa bir müddətdə Təşkilatın Rusiya nümayəndəliyinin xüsusi adamları olan Tatar, Qumuq və Azərbaycan Türklərindən ibarət peşəkar bir komanda tərəfindən həbs edildi və bir neçə saat sorğudan sonra gizli yolla Moskvaya aparıldı. Onun məhz orada edam ediləcəyi planlaşdırılmışdı. Çünki bu hərəkət Məniçöhr Gilaninin öldürülməsi kimi Türk Dərin Dövlətinin düşmənə bir mesajı idi. Öldürülməmişdən öncə Kremakovun son arzusu ailəsiylə son dəfə telefon danışığı oldu. Xüsusi peşəkar qrupun ciddi nəzarətində olduğu üçün və öz eqoist xarakteri üzündən kimsəyə Türklərin əlində olduğunu demədi. Telefon danışığı bitdikdən sonra isə belə bir çıxışla: - Biz ruslar tarixən öz məqsədlərimizə çatmaq üçün hər şeyə - hətta günahsız körpələrin belə vəhşicəsinə öldürülməsinə göz yummuşuq. İdeoloji-siyasi məqsədlərimizə nail olmaq üçünsə daim köləmiz olan ermənilər, kürdlər, aysorlar, serblər, yunanlar, farslar, əfqanlar, ərəblər və hindlilərdən böyük məharətlə istifadə etmişik... Yaxın Şərqin və Asiyanın son 50 ilində yaradılmış bir çox terror təşkilatlarının, müxtəlif fonlu silahlı qruplaşmaların və qondarma siyasi birliklərin, dövlətcığazların yaradıcıları bizik! Bizim əsas nifrətimiz ancaq Türk millətinədir. Çünki Türklərin birliyi, vahid dövlət arzusu bizim siyasi və şəxsi mənafeyimizə hər zaman zidd olub. Hətta İslamın parçalanması planının da arxasında gizli müttəfiqimiz ingilislərlə biz dayanırıq... “Ədalətli Cəmiyyət” istəyi, dünyanın rifahı bizim külli miqdarda qazanacağımız sərvətlərə, daim qurmaq istədiyimiz quldarlıq rejiminə ziddir. Əgər son 200 ildə ruslar ingilislərlə birlikdə planlaşdırdıqları və idarə etdikləri xaos siyasətini, terrorizm dalğasını yarada bilməsəydilər, indi Turan Birliyi çoxdan var olan və dünyanı tamamən ədalət prinsipləriylə idarə edən güclü bir siyasi qütb idi. Buna əngəl üçün biz zaman-zaman hətta düşmən olduğumuz Amerika və siyasi maraqlarımızın toqquşduğu Çinlə ortaq layihələr həyata keçirdik. Yaxın Şərqdə isə planlarımızın sürətlə həyata keçməsində daim fahişəmiz olmaqdan zövq alan farslar böyük rol oynadı... Bundan sonra minlərlə agentimiz tapılıb öldürülsə də belə, artıq bir çox şeyi dəyişməyə nə dünyanın, nə də Türklərin gücü çatmayacaq. Çünki müxtəlif təfriqələrə, bölücü siyasi fikirlərə əsaslanan və sağalmaz yoluxucu xəstəliyə bənzəyən terror dalğası yüzillərlə Şərqi tərk etməyəcək! Nə qədər ki, terror var, biz və bizim dünyanı kölə sistemiylə idarə edən möhtəşəm sistemimiz var olacaq! – kinayəli, özünə xas murdar gülüşü ilə öz nifrətini Türklərə bildirdi. Bu onun son gülüşü və eqoist çıxışı oldu. Çünki qəhrəman Türk ərləri Təşkilatın fərmanı ilə Kremakovu tarixi bir slavyan məbədinin girişində asdılar. Nəfəsi tamamən kəsilən və cansız bədəni solmağa başlayan rus agentinin üzündə hələ də qorxunc və iyrənc bir ifadə vardı... Bir neçə gün sonra Mete Aydın rəhbəri Kürşad Ercan vasitəsiylə öyrəndi ki, Aleksandr Kremakovun gizli müttəfiqi olan və adı kimsəyə bəlli olmayan ingilis diplomatı vacib bir iş üçün Londondan Türkiyəyə doğru yola düşür. Bu, son düşmənin də ələ keçirilib layiqli tərzdə cəzalandırılmasına şərait yaratdı. Ancaq ingilis diplomat elə hesab edirdi ki, rus və fars agentindən fərqli olaraq onun beynəlxalq rəsmi statusu toxunulmazlığını təmin edə biləcək. Özünə əmin şəkildə Türkiyə daxilindəki gizli terror hücrələrinin rəhbərləriylə görüşə tələsən ingilis diplomat hücrə rəhbərləriylə birlikdə elə görüş anındaca Türkiyə Kəşfiyyatı tərəfindən həbs edildi. Ancaq əməliyyat Türk Dərin Dövlətinin ciddi nəzarətiylə baş tutduğu üçün heç bir xarici orqanın bundan xəbəri olmadı və günlərin bir günü səhər tezdən ingilis diplomat bir otel otağında həddən artıq viski içərək ölmüş halda tapıldı... Bir ay sonra Mete Aydın və komandiri Kürşad Ercan Türk şəhidliyinə gələrək artıq çoxdan yekunlaşmış və müsbət təsirini göstərmiş əməliyyat haqqında qısaca danışdılar. Son olaraq Mete Aydın Kürşad Ercana bir sual verdi: - Əfəndim, biz əsrlərdir bu cür şərəfdən, əxlaqdan yoxsun, ancaq şəxsi mənafeyini güdən, öz çirkin əməlləri və fikirləriylə Haqdan, Tanrıdan uzaqlaşmış düşmənlərlə savaşırıq. Hər dəfəsində onları ağır və ibrətamiz şəkildə məğlub etməmizə baxmayaraq onlar yenə bir yol tapıb dirçəlir və şeytani əməllərinə davam edirlər. Sizcə, düşmən niyə məğlubiyyətiylə barışmır və bu savaş nə vaxt bitəcək? Meteyə müdrik bir gülümsəməylə baxan Kürşad Ercan şəhidliyin qarşısındakı al rəngli Türk bayrağına yönəlib bir neçə saniyə onu seyr etdikdən sonra cavab verdi: - Türk üçün savaş bitməz, Mete, Türk üçün savaş bitməz! – və gülümsəyərək şanlı bayrağa doğru baxdı. Deyəsən komandirinin tam olaraq nə demək istədiyini yaxşı anlamışdı Mete ki, o da Kürşad tək müqəddəs Türk bayrağına yönəldi - uğrunda yüzlərlə şəhidin al qanını, canını fəda etdiyi Tanrısal möhtəşəmliyə... *S O N* ELŞƏN İSMAYIL “Bayraqları bayraq yapan üstündəki qandır” – deyə, möhtəşəm ifadədən ruhlanaraq... Geri dön |